22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir

28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir

Minsk qrupu 1992-ci ilin martında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi(o zaman təşkilat hələ ATƏT adlanmırdı) təşklilatı tərəfindən yaradılıb.ATƏT 1995-ci ildə Rusiya ilə ABŞ-ı Minsk qrupunun həmsədrləri kimi qəbul edib.1997-ci ildə Fransaya da həmsədirlik verilib. Bununla da qrupda həmsədrlik üçtərəfli səviyyəyə qalxıb. Bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh konfransının təşkil edilməsi məqsədilə Minskdə yaradılıb. Ona bu üzdən Minsk qrupu adı verilib. Minsk qrupunun təxminən 30 il davam etmiş fəaliyyəti heç bir nəticə verməyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev cənablarının rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızin işğaldan azad edilməsindən sonra bu təşkilatın görə biləcəyi bir iş qalmayıb. Cənab Prezident İlham Əliyev Minsk qrupunun fəaliyyəti barədə belə deyib: “… Biz bu münaqişəni özümüz həll etdik. Minsk Qrupu ikinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır… Azərbaycan bu münaqişəni özü həll edib.Hərbi-siyasi yollarla həll edib”.

Cənab Prezidentin bu sözlərini Azərbaycanın ATƏT-in Minsk qruru ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək olar. Belə ki, 44 günlük müharibə ilə Azərbaycan 28 ildən artıq davam edən “ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsini hərbi-siyasi yolla yekunlaşdırdı. Bu səbəbdən də belə bir qurumun fəaliyyətinə heç bir əsas yoxdur !

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi- Bəkirov Rövşən

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın