21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İşğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir

İşğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir

Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir.
Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada mətbuata bəyanatında bildirib.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini xatırladan dövlətimizin başçısı qeyd edib ki, Ermənistan bu qətnamələrə faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu. Azərbaycan Ermənistanın cəzalandırılması barədə dəfələrlə məsələ qaldırsa da, işğalçıya qarşı hər hansı bir sanksiya tətbiq edilməmişdi.
“Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycanın bu məsələni təkbaşına həll etdiyini, bu torpaqlara həyatın qayıtdığını bildirən Prezident İlham Əliyev deyib: “Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm”.

Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru v.m.i.e.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın