22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Özəlləşdirmə çeklərinin tədavülü: “Bu, vətəndaşın haqqını qorumaqdır”

Özəlləşdirmə çeklərinin tədavülü: “Bu, vətəndaşın haqqını qorumaqdır”

Xatırladaq ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı ildə ölkə vətəndaşına müddətsiz olaraq mülkiyyət hüququna malik olan özəlləşdirmə çekləri verildi. Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz.

Bu FAKTI hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib! Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!

Onu da qeyd edək ki, “Canlı Polemika” verilişində özəlləşdirmə çekləri ilə bağlı problem müzakirə olunub və hüquqşünas tərəfindən həll yolları açıqlanıb.

Verilişin tam versiyasına aşağıdakı linkdən baxa bilərsiniz:

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə isə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

 

Mövzu ilə bağlı iqtisadçı Nazim Bəydəmirli … açıqlamasında qeyd edib ki, hüququ tapdanan vətəndaşlar sakit durmamalı və vətəndaşlar Konstitusiya məhkəməsinə müraciət etməlidirlər:

“O vaxtı özəlləşdirmə prosesi korrupsiya mexanizmi ilə müşahidə olundu. Nəticədə prosesə bir neçə oliqarx məmurlar nəzarət edirdi. 1990-cı ilin əvvəlində Azərbaycanın özəlləşməyə açıq olan 32 milyard dollarlıq dövlət əmlakı olsa da, məmurlar bu imkandan sui-istifadə etdilər. Ona görə də əlində çeki olan sırav vətəndaşlar onlar çün yaradılan şansdan yararlana bilmədilər. Azərbaycandan fərqli olaraq, digər ölkələrdə isə proses şəffaf şəkildə həyata keçirildi və vətəndaşlar çeklərdən faydalana bildilər. Təəssüf ki, bu gün əlində çeki qalan vətəndaşların haqqı qorunmur. Yaxşı olardı ki, dövlət bu öhdəliyi üzərinə götürsün və vətəndaşların hüquqlarını bərpa etsin. Fikrimcə, bu gün özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması üçün qanunvericiliyə diqqətlə nəzər salmaq lazımdır. Çünki qanunvericilikdə vətəndaşların hüquqları və çeklərin vəətndaşlar üçün faydası açıq şəkildə izah olunub. Xüsusən də bu məsələ barədə ətraflı məlumata malik olan hüquqşünas və iqtisadçıların rəylərinə önəm verilməli, bu rəylərə uyğun olaraq müvafiq addımlar atılmalıdır”.

Əmlak məsələləri üzrə mütəxəssis Mülkədar Rüstəmov isə öz növbəsində vurğulayıb ki, özəlləşdirmə çeklərinin aqibətinə aydınlıq gətirilməsi və arzuolunan qərarın verilməsi bir sıra müsbət dəyişikliklərə təkan verə bilər:

“Bu il problemin öz həllini tapacağına inanıram. Çünki çeklərlə bağlı problemin aradan qaldırılması vətəndaşlar üçün bir sıra imtiyazlara yol açır. Vətəndaş öz mənzilinə mülkiyyət hüququnu təsdiq edən sənədə çıxarışa sahib olacaq bununlada bir sıra əməliyyatlardan faydalanmış olacaq. Fikrimcə, çeklərlə bağlı narazılığın aradan qaldırılması dövlətin özünə də xeyir verəcək. Belə ki, özəlləşdirmə prosesinin şəffaf şəkildə həyata keçirilməsi büdcəyə əlavə maliyyə axının olmasına səbəb ola bilər. Ümid edirəm ki, vətəndaşların haqq səsi tezliklə eşidiləcək və onlar haqq etdikləri imkanlara qovuşa biləcəklər”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın