22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Cənab Prezident bildirmişdir ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədalətli və beynəlxalq hüququ müdafiə etməkdir

Cənab Prezident bildirmişdir ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədalətli və beynəlxalq hüququ müdafiə etməkdir

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü mart 2-də Bakı şəhərində keçirilib. Qoşulmama Hərəkatına sədirlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Harakatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammit səviyyəli görüşündə iştirakçıları ürəkdən salamladıqdan sonra zəlzələ nəticəsində Türkiyə və Suriyada həlak olan on minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

2019-cu ildə Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədirliyinə başladı. Sədirliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı.  Cənab Prezident bildirmişdir ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədalətli və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlanmasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multikulturalizm və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

 

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın