22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir.

2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkilərin əsas məqsədi ölkədə aparılan islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. 1300-dən çox namizədin iştirak etdiyi bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. İlk növbədə Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verib və yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan edib. Nüfuzlu qurumun seçkilərə verdiyi bu qiymət, əslində, seçkilərin tanınması demək idi.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığından bu gün kadr islahatları aparılır, yeni, müasir və mütərəqqqi düşüncəli, işgüzar kadrlar rəhbər vəzivələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Bu islahatlar həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılır. Ölkə başçısı tərəfindən yeni çağırış Milli Məclis deputatları qarşısına qoyulan vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır. Ölkəmizə qarşı əsassız yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlər gücləndirilməli, ölkəmizin mövqeyi düzgün təbliğ edilməlidir. Hazırda  Azərbaycan müasir, dünyəvi dövlət kimi günügündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və Parlamentin rolu burada çox vacibdir. Bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkədə həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Əldə edilən ən böyük uğurlardan biri də siyasi sabitlikdir. Bu siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın