22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular

Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular

Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular

Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra  AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il müddətində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər. Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Azərbaycan xalqı isə bir yumruq kimi birləşərək tarixi missiyanı yerinə yetirdi.30 ilə yaxın müddətdə Azərbaycan xalqı üçün ağır yük olan, onu daim incidən, ürəyini göynədən torpaq həsrətinə, yurd nisgilinə son qoyulması, işğal altında olan ərazilərin cəmi 44 gün ərzində azad olunması II Qarabağ müharibəsində əsl sərkərdə, xalqına qırılmaz tellərlə bağlı olduğunu sübuta yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin yenilməz qətiyyəti, polad iradəsi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, həyata keçirilən ən zəruri tədbirlər, görülən işlər, əsaslı şəkildə dəyişmiş beynəlxalq siyasi mühit, uğurlu diplomatik gedişlər, xalqımızın milli birliyi, hər bir azərbaycanlının bir yumruq olaraq öz rəhbərinin yanında olması sonucda xalqımızın möhtəşəm qələbəsini təmin etdi.Ölkə Prezidenti sözügedən çıxışında bununla bağlı qeyd etmişdir ki, Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq, yaxşı da qururuq.Ermənistanın istənilən təxribatına baxmayaraq, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti–quruculuq işlərini davam etdirir. Artıq Zəngilanın Ağalı kəndinin sakinlərinin öz doğma yurdlarına qayıdışı ilə Böyük qayıdış planına start verilib. Azərbaycan dövləti yalnız öz gücü hesabına işğaldan azad edilmiş şəhər və rayonlarını, kəndlərini yenidən qurur. Düşmənin darmadağın etdiyi bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, tunellər, müasir yaşayış kompleksləri tikilir, sosial iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Bütün bunlarla yanaşı, həm də ordumuzun daha da güclü, qüdrətli olması üçün zəruri tədbirlər görülür.Möhtərəm Prezidentimiz vurğulamışdır ki, Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük. Qarabağı və Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir.

 

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın