22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir”

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir”

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir”

Politoloqlar haqlı olaraq göstərirlər ki, keçmiş sovet liderləri arasında yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev olmuşdur. Dövrünün xarizmatik dövlət xadimi və praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət olaraq, regionun coğrafi sərhədlərinə sığmayaraq yenidən ümumdünya kontekstinə çıxmışdır. Ulu öndər müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra uzun illər qəlbində yaşatdığı arzusunu – qardaş Türkiyə ilə  münasibətləri nizama salmağı və ən yüksək səviyyəyə çatdırmağı da qarşısına ən önəmli hədəflərdən biri kimi qoymuşdur. Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan nadir bir şəxsiyyətdir. O, bütün siyasi fəaliyyəti dövründə türk dünyasının gələcək birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmişdir.Müstəqil dövlətimizin lideri kimi Heydər Əliyev dost Türkiyə ilə əməkdaşlığın genişlənməsinə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasına xüsusi əhəmiyyət vermişdir. Eyni zamanda, tarixi hadisələrin gedişi də Azərbaycanın müstəqilliyi dövründə Türkiyənin Cənubi Qafqaz siyasətində önəmli yerə sahibləndiyini təsdiqləmişdir. Türkiyə üçün Cənubi Qafqazın, o cümlədən Azərbaycanın tarixən təsdiq olunmuş coğrafi və strateji üstünlüyü gündəmdə olmuşdur. Burada digər məsələ Türkiyənin öz geosiyasi mövqeyini dəyərləndirərək həm enerji, həm də nəqliyyat sahəsində Avropa ilə Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü və tranzit ölkə olmaq arzusunu gerçəkləşdirməyə başlaması olmuşdur. Bu amalını həyata keçirmək üçün Azərbaycanla yüksək əlaqələrin qurulması olduqca əhəmiyyətli və vacib idi. Bu, həm də o demək idi ki, böyük enerji ehtiyatlarına malik olan Azərbaycan bu resurslarını Türkiyə vasitəsilə Avropaya təhlükəsiz şəkildə çıxara bilər. Mərkəzi Asiya respublikalarının enerji ehtiyatlarının Türkiyəyə çatdırılması isə məhz Azərbaycan vasitəsilə reallaşa bilərdi. Ümum milli lider Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-də başlayan və fevralın 11-dək davam edən ilk rəsmi səfəri paytaxt Ankarada aparılan danışıqlardan sonra Azərbaycan Respublikası ilə Türkiyə arasında tarixi sənədlərin imzalanması ilə başa çatmışdı. Əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və digər sənədlərin imzalanması az bir zaman kəsiyində müstəqilliyini təmin etmiş Azərbaycan üçün olduqca önəmli siyasi-diplomatik təminat idi. Bu sənədlər yeni iqtisadi münasibətlərin qurulmasında önəmli olmuş, xüsusən, 1994-cü il sentyabrın 20-də imzalamış “Əsrin müqaviləsi”ndə Türkiyənin “Türk Petrolları Anonim Ortaqlığı” şirkətinin iştirakına əsaslı şərait yaratmışdır.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Nicat Əhmədzadə

 

 

“Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”

Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra Azərbaycanın xarici siyasətini müstəqillik, balanslaşdırma; daxili siyasətini isə sabitlik və azərbaycançılıq prinsipləri əsasında qurdu. Bu dönəmdə xaricə ilk rəsmi səfərini reallaşdıran Ulu öndər bu mötəbər missiyasına da Türkiyədən başlamışdı. Əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və digər sənədlərin imzalanması az bir zaman kəsiyində müstəqilliyini təmin etmiş Azərbaycan üçün olduqca önəmli siyasi-diplomatik təminat idi. Bu sənədlər yeni iqtisadi münasibətlərin qurulmasında önəmli olmuş, xüsusən, 1994-cü il sentyabrın 20-də imzalamış “Əsrin müqaviləsi”ndə Türkiyənin “Türk Petrolları Anonim Ortaqlığı” şirkətinin iştirakına əsaslı şərait yaratmışdır.  Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin qarşılıqlı səfərləri bundan sonra da davam etdirilmiş, hətta digər ölkələrlə müqayisədə bu səfərlərin müntəzəm xarakter alması hər iki dövlətin gündəmində olmuşdur. Heydər Əliyevin 1994-cü il iyunun 9-da yenidən Türkiyəyə, 1995-ci ilin iyulunda bu ölkənin Baş naziri Tansu Çillərin, dekabrda isə Prezident Süleyman Dəmirəlin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənib möhkəmlənməsində növbəti ciddi addımlar olmuşdur. Prezident Heydər Əlivev həmkarı Süleyman Dəmirəlin Bakı səfəri haqqında deyirdi:  “Bu gün hörmətli dostumuz Süleyman Dəmirəl prezident kimi Azərbaycana bizim dəvətimizlə ilk dəfə rəsmi səfərə gəlmişdir. Əvvəlki səfərlərdən bu səfərin fərqi ondan ibarətdir ki, Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşayır”. Türkiyə prezidenti Süleyman Dəmirəlin rəsmi səfəri zamanı imzalanmış bəyanatda BMT-nin rolunun gücləndirilməsinin, regiondakı münaqişənin aradan qaldırılmasının və qlobal problemlərin həlli yollarının araşdırılmasına fəal təsir göstərməsinin vacibliyi vurğulanmaqla yanaşı, Ermənistanın işğal etdiyi  Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi tələbi də əksini tapmışdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə dünya birliyinə inteqrasiya, müstəqil siyasi dəst-xətt daha da irəli getmiş və ölkəmizin dünyada tanıdılmasında mühüm rol oynamışdır.  Bu tendensiyada Türkiyə ilə əlaqələrin inkişafı Azərbaycanın nəinki diplomaik, eləcə də bütün sahələrdə apardığı kursun tərkib hissəsi olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 30-da İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmiş,  “Qara dəniz regionunda yeni imkanlar” mövzusunda  beynəlxalq biznes konfransında çıxışında  Qara dəniz iqtisadi əməkdaşlığını yüksək qiymətləndirməklə, regiondakı mövcud silahlı münaqişələrin davam etdirilməsini pisləmişdir. Səfər çərçivəsində Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəl  ilə də təkbətək görüşmüşdür. Görüşlərdə ATƏT üzvü olan ölkələrin dövlət başçılarının Lissabon Zirvə görüşündə münaqişənin aradan qaldırılması üçün qəbul olunmuş prinsiplərin yerinə yetirilməsi məsələləri müzakirə mövzusu olmuşdur.

Zərdab şəhər sakini fəal gənc-Cavid Məmmədov

 

 

“Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir.”

Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə Türkiyə bütün sahələrdə əlaqələrin qurulduğu və inkişaf etdirildiyi yeganə mötəbər ölkə olmuşdur. Bu tarixi uğurda isə Süleyman Dəmirəlin ölkəmizə, eləcə də onun liderinə həm baş nazir, həm də prezident kimi dost və qardaş münasibəti xüsusi önəm daşımışdır. Süleyman Dəmirəl – Heydər Əliyev münasibətlərinin tarixi bu gün həm də xalqlarımızın bir-birinə yenidən qovuşmasının və birgə irəliləməsinin tarixdir. Bu münasibətlər qədim ənənələrimizi zənginləşdirən, ona yeni rənglər qatan və xalqlarımızın birliyinin möhkəmlənməsinə əvəzsiz töhfələr verən prosesin möhkəm özülüdür. Burada Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunun, qardaşlığının rolu misilsizdir. Müstəqil dövlətimizin lideri kimi Heydər Əliyev dost Türkiyə ilə əməkdaşlığın genişlənməsinə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasına xüsusi əhəmiyyət vermişdir. Eyni zamanda, tarixi hadisələrin gedişi də Azərbaycanın müstəqilliyi dövründə Türkiyənin Cənubi Qafqaz siyasətində önəmli yerə sahibləndiyini təsdiqləmişdir. Türkiyə üçün Cənubi Qafqazın, o cümlədən Azərbaycanın tarixən təsdiq olunmuş coğrafi və strateji üstünlüyü gündəmdə olmuşdur. İndi ən yaxın tarixi keçmişin səhifələrini vərəqlədikcə, bir daha aydın olur ki, Süleyman Dəmirəl – Heydər Əliyev dostluq və qardaşlıq münasibətləri Azərbaycan və Türkiyə arasında zəngin dövlətçilik irsinin ən qiymətli inciləridir. Son otuz ildə ümumi və ortaq tariximizin dərindən təhlili göstərir ki, xalqlarımız, dövlətlərimiz, vətəndaşlarımız arasında tarixi qardaşlığı qoruyan və təkamül etdirən yeganə düzgün yol məhz ortaq dəyərləri və ənənələri yaşatmaqdır.Ortaq tariximizin əvəzsiz dəyərlərini xalqlarımıza, dövlətlərimizə miras qoyan bu iki türk liderinin açdığı və genişləndirdiyi yol 30 il sonra tarixi torpaqlarımız olan Qarabağın da xilasına yetişdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu ənənələrə sadiq qalaraq  iki qardaş ölkə arasında münasibətləri “Şuşa bəyannaməsi” ilə tarixi müttəfiqlik zirvəsinə qaldırmışlar. Bu gün bu yol daha böyük hədəflərə doğru uzanır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Xanım İmanova

 

 

“Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.”

Pakistan və Azərbaycan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir.1993-cü ilin martında Bakıda Pakistan səfirliyi açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik fəaliyyətinə 1997-ci ilin avqustunda başlamışdır. Qrdaş ölkə ilə əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Pakistan Qarabağ münaqişəsi mövzusunda öz qəti mövqeyini Azərbaycana dəstək verməklə  və həmrəylik nümayiş etdirməklə, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamaqla bildirib. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Azərbaycan və Pakistan bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də bütün dövrlərdə mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Hələ 2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətət idi. Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. Bundan başqa sentyabrın 30-da Pakistan Senatının rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşılıb. 2020-ci il oktyabrın 18-də Pakistan İslam Respublikasının Baş naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb. Ölkəmizin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramını bildirib. Pakistanın Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyini qeyd edib. Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib. Noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. Noyabrın 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində deyib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Leyla Əliyeva

 

 

 

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri və sıx əməkdaşlıq uğurla inkişaf edir və böyük gələcəyə malikdir.

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub.. 1994-cü il 7-10 mart tarixində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır.

Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel  tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin  əsərlərinin sərgisi keçirilib. 1996-cı il 17-18 aprel Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tsyan Tsiçeni qəbul edib. Bu zaman ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığnı və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib. 1997-ci il 27-30 avqust arasında Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin sədr müavini Van Bintsyanın başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə, Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə görüşlər keçirib. Çin Xalq Yığıncağının nümayəndə heyəti Milli Məclisə 60.000 dollar məbləğində texniki yardım təqdim edib. 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub. 2000-ci ildə 21-24 iyun tarixi arasında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib. Li Pen Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Heydər Əliyev  Li Penə Çinin inkişaf yolunu yüksək qiymətləndirdiyini bildirib. Səfər zamanı Li Pen və Heydər Əliyev Bakı şəhərində Çin Xalq Respublikası səfirliyinin yeni binasının təməlqoyma mərasimində  iştirak ediblər.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru-Könül Rəhimova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın