Hazırda azad Zəngilanda “Böyük Qayıdış” layihəsi çərçivəsində bərpa-quruculuq işləri surətlə davam edir
Hazırda azad Zəngilanda “Böyük Qayıdış” layihəsi çərçivəsində bərpa-quruculuq işləri surətlə davam edir
Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var.Zəngilanda günəş enerjisinin böyük potensialı var.Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Zəngilana səfərləri zamanı 23.12.2020-ci il tarixdə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırıb, 14.02.2021-ci il tarixdə görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi üçün növbəti səfərini edib. 21.10.2021-ci il tarixdə səfəri zamanı cənab Prezident Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərlə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olmuş, “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etmiş, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 27.05.2022-ci ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib. Hazırda azad Zəngilanda “Böyük Qayıdış” layihəsi çərçivəsində bərpa-quruculuq işləri surətlə davam edir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.
1993-cü il oktyabrın 30-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun 1 şəhər, 5 qəsəbə və 83 kəndi işğala məruz qaldı, 45 mindən çox əhali Azərbaycanın 43 rayonunda qaçqınlıq həyatı yaşamağa məcbur oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlamış II Qarabağ müharibəsi düşmən üzərində şanlı Qələbə ilə başa çatdı. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. 2020-ci il sentyabrın 27- də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30- dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilan uğrunda döyüşlər başlandı və artıq oktyabrın 20-də Prezident Ali Baş Komandan İlham Əliyev Zəngilanın azad edilməsi xəbərini xalqımıza çatdırdı.Üç gün davam edən döyüçlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər,onlardan şəhid olan və yaralananlar oldu.
Zəngilanın işğaldan azad olunması ilə 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlahdi.Noyabrın 26-da Prezidentin Fərmanı ilə “Zəngilanın azad edilməsinə görə” medalı təsis edildi və Zəngilan uğrunda döyüşlərdə iştirak etmiş 6974 əsgər və zabit bu medalla təltif edildilər.2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva azad edilmiş Zəngilanda olan zaman bütün dünyaya bəyan etmişlər ki, Zəngilan əbədi və əzəli Azərbaycan torpağıdır və burada çox tezliklə ikinci həyat başlayacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər. Cənab Ali Baş Komandan Prezident İlham Əliyev Zəngilanda görüləcək işlər haqqında danışarkən qeyd etdi ki, bizi burada böyük və təxirəsalınmaz işlər gözləyir. Birinci növbədə azad edilmiş torpaqlarımız minalardan təmizlənməli, təhlükəsiz zonaya çevrilməlidir. İnsanların bura qayıtması üçün kənd və qəsəbələr bərpa edilməlidir.
Zəngilanın bərpası, böyük Qayıdışın burada da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Qeyd olunduğu kimi burada qiymətli qızıl yataqları və bir çox faydalı qazıntılar var. Onların planlı şəkildə istismarı ölkəmizin inkişafına təsir göstərən yeni bir amildir.
Zəngilanın yenidən bərpası, kəndlərin dirçəldilməsi ölkənin kənd təsərrüfatına böyük töhvədir. Hazırlanmış layihələrin həyata keçirilməsi Zəngilanın Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə böyük töhvə verməsi deməkdir. Bu işdə zəngilanlıların böyük rolu var. Hazırda “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün şərait yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. İlin sonuna kimi daha bir qrup sakin öz doğma yurduna qayıdacaqdır.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi Zəngilan rayonunda da talançılıqla məşğul olub
Təbii sərvətlər baxımından zəngin olan Zəngilan rayonunda erməni işğalına qədər onlarla milli və dini-tarixi abidələr də mövcud olub. 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi Zəngilan rayonunda da talançılıqla məşğul olub, rayon ərazisində olan tarixi və dini memarlıq abidələrini barbarcasına yerlə yeksan edib.Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmiş oldu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlanıldı.Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalını təsis edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusunu bu medal ilə təltif edib.23 dekabr 2020-ci il tarixi Zəngilan rayonun həyatında əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bu tarixdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda ilk dəfə səfərdə olublar.Zəngilan işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev dəfələrlə rayona səfər etmiş və hər səfər zamanı çoxlu sayda obyektlərinin təməli qoyulmuş, hazır olan obyektlərin açılış mərasimləri qeyd edilmişdir. Ölkə başçısı İlham Əliyev işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Zəngilan rayonunda da aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləridir. Artıq bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulub. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev, müasir məktəb, uşaq bağçası, poliklinika tikilib, iş yerləri yaradılıb.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gən
Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır
Zəngilanda yaradılan Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənddir. Artıq keçmiş məcburi köçkün Ağalı kəndinə qayıdıb.Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcəkdir.Yaxın günlərdə açılış mərasimi qeyd olunacaq Zəngilan Beynəlxalq Hava Limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradacaqdır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. İnşası sürətlə davam etdirilən Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanda cəmi 40 kilometrlik Zəngəzur dəhlizi ayırır. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri – Zəngilan məscidinin bərpası ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Dağıdılmış və talan edilmiş dini, tarixi və mədəni abidələrin bərpasında və yenidən qurulmasında milli mənəvi dəyərlərimizin qorunub saxlanılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu böyük işlər görür.
Zəngilanın işğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanımMehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var
Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistikaimkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc