22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir

Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir

Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir

Reallıq onu göstərir ki, qurumda fəaliyyət göstərən bəzi avropalı nümayəndələr vətəndaşları olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı və sifariş kimi qiymətləndirilməlidir.

Təbii sual ortaya çıxır: AŞPA üçün insan və vətəndaş hüquqları, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri önəmlidirsə, niyə 30 il Ermənistanın işğal siyasətini qınamadılar? Bu müddət ərzində niyə bir avropalı deputat demədi ki, Ermənistan üzv olduğu təşkilatın digər üzvünün ərazisini işğal edib və buna görə də erməni nümayəndə heyətinin AŞPA-da fəaliyyəti məhdudlaşdırılmalıdır? Ancaq indi Azərbaycanı ittiham etməyə çalışırlar, Bakı yüz minlərlə məcburi köçkünün hüquqlarını bərpa etməyə başlayıb, lakin bu fakt AŞPA-nın üzvlərini narahat edir. Etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən qorumağa çalışan AŞPA Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və layiqli şəkildə geri qaytarılması ilə bağlı müraciətlərə məhəl qoymur. Bu, ikili standart deyil, nədir?

Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir. Bakı Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə destruktiv siyasəti onu gözdən salır və ona inamı sıfra endirir. Azərbaycan ədalətin tərəfindədir. Rəsmi Bakının fəaliyyətində, davranışlarında bu, aydın şəkildə görünür. Ölkəmizə qarşı təhdid, qarayaxama kampaniyası qəbulolunmazdır. AŞPA-nın fəaliyyətində irqçilik, İslamofobiya mühitinin varlığı göz önündədir. Bu qurum heç vaxt Azərbaycana səmimi münasibət göstərməyib və tribunalarında zaman-zaman ölkəmizə qarşı səsləndirilən iftiraların şahidi olmuşuq. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı alqışa layiq haldır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Avropada Azərbaycana qarşı əsassız təzyiqlər sifarişlə edilir

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar ondan xəbər verir ki, hazırda Qərbdə ölkəmizlə bağlı açıq şəkildə sifariş yerinə yetirilir. Bu, Avropanın müxtəlif ölkələrində Cənubi Qafqaz proseslərində Ermənistanı dəstəkləyən bir qrupun sifarişidir. Həm sorosçular, həm də Qərbdəki müəyyən dairələr Avropa İttifaqı, AŞPA, Avropa Parlamenti, həmçinin ABŞ-dakı bəzi qruplar Fransa, Almaniya kimi ölkələri önə verərək Azərbaycana qarşı ciddi şəkildə fəaliyyətə təşviq edirlər. Onlar bu məsələlərə Rusiya və İran prizmasından da baxırlar. Amma xatırlatmaq yerinə düşər ki, 30 il ərzində Rusiya və İranın ən böyük dostu elə Ermənistan idi. Bu gün Nikol Paşinyan özünü Rusiyadan uzaq siyasət xətti yürüdən şəxs kimi qələmə versə də, əslində, vəziyyət mövcud reallığı əks etdirmir. Ona görə də Azərbaycanın hansısa ölkələrlə əlaqələrini əsas gətirərək, müxtəlif adlarla ölkəmizə qarşı təzyiq göstərən dairələrin bəhanələrinin və ittihamlarının heç bir əsası yoxdur.

Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında vasitəçi olsa da, Fransanın qərəzli yanaşması səbəbindən Aİ-nin vasitəçiliyi faydasız hala gəldi, tərəflər arasında sülhyaratma prosesinə ciddi zərbə vuruldu.

Bundan əlavə, Laçına getməklə bağlı Avropa Şurası Parlament Assambleyasının əsassız iddialarını da xatırlayırıq ki, son yanaşmalar da Azərbaycana qarşı uzunmüddətli qərəzin davamıdır. Əgər AŞPA neytral münasibət sərgiləyirsə və obyektivdirsə, Azərbaycan ərazilərini minaladığı üçün nəyə görə indiyədək Ermənistana heç bir təzyiq göstərməyib?! Bu məsələ, əslində, daha böyük problemdir. Çünki başa çatandan sonra belə azərbaycanlı dinc sakinlər minaların qurbanı olublar. 2020-ci ildən bəri mina qurbanların sayı 340 nəfəri ötüb. Həmçinin AŞPA Ermənistandan didərgin salınmış azərbaycanlıların taleyi barədə də heç nə soruşmur, bu məsələdə susqunluq nümayiş etdirir. Bu da Qərb təsisatlarının əsl məqsədinin başqa olduğunu göstərir. Əgər AŞPA Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəsəydi, öz təkliflərini verib səmimi davranış sərgiləyərdi.

Qlobal güclər ticarət yollarına nəzarət etmək uğrunda mübarizə aparırlar. Buna görə də həmin güclər düşünürlər ki, Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşməsi reallaşarsa, bu, guya onların maraqlarına təhdid yaradaraq elə məhz onların Cənubi Qafqazdan, Avrasiyadan məhrum olmalarına səbəb olacaq. Amma rəsmi Bakının belə bir niyyəti yoxdur. Yaxın həftələrdə Azərbaycan-Avropa əlaqələrinin gərginləşməsi ehtimalı olsa da, ümumilikdə onlar başa düşəcəklər ki, tərəflər arasındakı münasibətləri korlamaq zərərlərinə ola bilər.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

AŞPA müstəvisində nümayəndə heyətimizin üzvləri öz fəaliyyətini bu istiqamətdə səfərbər ediblər

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) builki qış sessiyasında tamamilə fərqli bir ruhda iştirak etdi. Bu dəfə biz qalib dövlətin nümayəndələri kimi bu təşkilatın sessiyasında təmsil olunduq. Bu, çox qürurverici anlar idi.

Bu il Azərbaycanın AŞPA-ya üzv seçilməsinin 20 ili tamam oldu. Bu münasibətlə Strasburqda mərasim keçirildi. Mərasimdə ötən illər ərzində Azərbaycanın təşkilatda təmsilçiliyi, Azərbaycan-Avropa Şurası əlaqələri haqqında fikirlər səsləndirildi. Tədbirdə qalib dövlətin təmsilçiləri kimi iştirak etməkdən qürur duyduq.

Ötən illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa olunması daim nümayəndə heyətimizin gündəmində olub. AŞPA müstəvisində nümayəndə heyətimizin üzvləri öz fəaliyyətini bu istiqamətdə səfərbər ediblər. O zamanlar biz əsassız iddialarla çox üzləşirdik. Çünki erməni lobbisi və antiazərbaycançı mərkəzlər məsələni diqqətdən yayındırmaq və ölkəmizə qarşı qərəzli sənədlərin qəbul edilməsi üçün bütün imkanlarından istifadə edirdilər. Amma bunların fonunda bizim əsas amalımız milli maraqlarımızı müdafiə etmək idi və bu yolda mübarizə aparırdıq”.

Mübarizə bundan sonra da davam edəcək. Çünki erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr hələ də öz təxribatçı fəaliyyətlərini davam etdirirlər. Belə ki, Ermənistan nümayəndə heyəti Azərbaycan tərəfindən həbs olunmuş erməni diversantların məsələsini qaldıraraq bundan ölkəmizə qarşı istifadə etməyə çalışdı: “Belə təqdim olunurdu ki, guya onlar hərbi əsirlərdir. Amma biz bəyan etdik ki, bu hərbçilər 10 noyabr tarixli razılaşmadan sonra həbs ediliblər. Üçtərəfli Bəyanatın imzalanmasından sonra hərbi əməliyyatları davam etdirənlər terrorçulardır və onlar Azərbaycan qanunları və beynəlxalq hüququn norma və prinsipləri əsasında cinayətkarlar kimi mühakimə ediləcəklər. Mövqeyimiz bundan ibarət oldu ki, Ermənistanın qurumdakı təmsilçiləri və onların havadarları məntiqdən, reallıqdan uzaq və qarşılıqlı qəbul edilmiş prinsiplərə zidd olan fitnəkar, saxta düşüncələrdən əl çəkməlidir”.

Erməni tərəfi 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərə görə cavab verməlidir. Prezident İlham Əliyev bu günlərdə Azərbaycan Televiziyasına müsahibəsində fikirlərini geniş şəkildə bildirdi. Dövlət başçısının qeyd etdiyi kimi, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Ermənistan xalqının gələcəyindən həqiqətən narahat olanlar bilməlidirlər ki, o xalqın gələcəyi üçün bu gün yalnız bir yol var, bu da əməkdaşlıqdır. İki dövlət arasında da bu istiqamətdə artıq müəyyən vacib addımlar atılıb. AŞPA-dakı Ermənistan deputatlarının öz dövlətlərinin mövqeyi ilə uyğun gəlməyən davranışlarının nəyi ehtiva etməsi və haradan qaynaqlanması qaranlıq və anlaşılmazdır. Ancaq erməni deputatlar xalqlarını və ölkələrini uçuruma aparmaqdan çəkinməlidirlər. Müzakirələrdən sonra AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi qəbul edildi. Amma Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğradı.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Azərbaycan 20 ildir Avropa Şurasının tam və bərabərhüquqlu üzvüdür

Bu illər ərzində də ölkəmiz tərəfindən Avropa Şurasının bütün strukturları, o cümlədən Parlament Assambleyası ilə səmimi əməkdaşlıq niyyətləri ortaya qoyulub. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın bu səmimi, konstruktiv əməkdaşlıq niyyətlərinin əksinə olaraq, adıçəkilən qurum və onun təsisatları tərəfindən ölkəmizə, müstəqil dövlətimizə qarşı az qala düşmən mövqeyi sərgilənməkdədir. Bu təşkilat, xüsusilə AŞPA ermənipərəst anti-Azərbaycan dairələrin təsiri altındadır. Qurumun hər bir addımından, hər bir davranışdan bunu açıq-aşkar görmək olur. Bu təşkilat hər fürsətdə, hər məqamda ölkəmizə qarşı öz qərəzini, öz qısqanclığını nümayiş etdirir, Azərbaycanın beynəlxalq nüfuzunun və imicinin ləkələnməsi üçün bütün addımları atır.

Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Natali Luazoya gəldikdə, onun kim olduğu, hansı dairələrin sifarişlərini yerinə yetirdiyi məlumdur. Fransadan Avropa Parlamentinə seçilən deputat kimi onun dəfələrlə Azərbaycan əleyhinə mövqe sərgilədiyinin şahidi olmuşuq. Belə siyasi oyunlar Azərbaycanın daxili işinə müdaxilə cəhdidir. Heç kimin daxili işlərimizə müdaxilə etmək hüququ yoxdur. Qarabağ məsələsi artıq öz həllini tapıb və Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacağı halda bizim vətəndaşlarıdır. Digər bütün separatçı qüvvələr ərazidən gec-tez çıxarılacaq.

İnsan hüquqlarının müdafiəsini təmin etməli olan bu qurum 30 il ərzində bir dəfə də olsun işğalçı və təcavüzkar Ermənistanın təxribatçılıq, işğalçılıq, anti-insani və anti-bəşəri addımlarına düz-əməlli qiymət verməyib. Avropalı deputatların növbəti dəfə erməni revanşistlərin dəyirmanına su tökdüyünün şahidi olduq. AŞPA Laçın dəhlizindəki vəziyyətlə bağlı qətnamə qəbul edib və orada sərbəst və təhlükəsiz hərəkətin olmaması qeyd edilib. Eyni zamanda, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının artırılması haqda qərar qəbul olunub. Ermənipərəst qüvvələr Azərbaycan tərəfi üzərində bir neçə istiqamətdən təzyiq formalaşdırmağa çalışır və bununla Laçın yolunu açmağa nail olmaq istəyirlər. Bir sözlə, nə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının, nə də Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının, yəni, daha konkret desək, Avropa institutlarının məqsədi heç də sərhəddə monitorinq aparmaq və ya iki ölkə arasında sabitlik yaratmaqdan ibarət deyil.

Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsinin ölkəmizin ərazilərinə daxil olmağa çalışan qanunsuz silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət etdiyini vurğulayan parlament sədrinin müavini bildirib: “Laçındakı nəzarət-buraxılış məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. Bununla bağlı qərarı da Azərbaycan dövləti verir. Əslində, kifayət qədər normal qaydada fəaliyyət göstərən və ermənilərin təhlükəsiz şəkildə giriş-çıxışını təmin edən sərhəd-buraxılış məntəqəsinin bağlanması məhz elə ermənilərin təxribatının nəticəsində baş verib. Azərbaycan sərhədçiləri və rus “sülhməramlı” kontingentini atəşə tutan erməni hərbi birləşmələrinin sabah daha böyük təxribatlar törədərək mülki əhalini də hədəfə almayacağına heç kim zəmanət verə bilməz. AŞPA-da belə bir qərarın çıxarılması bu təşkilat haqqında qeyri-ciddi obraz yaradır. Avropanın ali parlamenti sayılan bir orqanın erməni lobbisi qarşısında aciz qalması, xüsusilə də Ermənistanın daxilində hakimiyyətə can atan revanşist qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın