22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir

Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir

Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir.

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar Şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

Ötən üç onillik ərzində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın əsas ümummilli ideyasını təşkil edib. Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi əsas vədlərdən biri də məhz bununla bağlı idi. Bütün sahələrdə davamlı və sürətli inkişafın şahidi olmuş vətəndaşlar artıq ölkə qarşısında duran ən böyük problemin – Qarabağın azadlığa qovuşmasının nicatını məhz cənab Prezident İlham Əliyevin siyasətində görürdü. Bütün əvvəlki seçkilərdə Prezident İlham Əliyevin xalqa bəyan etdiyi inkişaf proqramlarında dövlət və ordu quruculuğu qırmızı xətlə keçirdi. Xalq ona inanırdı və uzun zaman gözlənilən həqiqət anının məhz İlham Əliyevin rəhbərliyi altında gələcəyinə əmin idi. Prezident İlham Əliyev ölkədə həyat səviyyəsinin artımı ilə yanaşı onun müdafiə qüdrətinin davamlı olaraq artırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu və bu vəzifənin öhdəsindən necə gəlindiyi 2020-ci ilin payızında vətən torpaqları uğrunda müqəddəs savaşda özünü bütün parlaqlığı ilə göstərdi. Bütün bu illər ərzində cənab  prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə hazırlanmış ordumuz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı sanki bir göz qırpımında düşmən caynağından qopardı. Güc mərkəzləri hesab olunan bir sıra dövlətlərin bütün ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında son anadək – hər bir Azərbaycanlı üçün şərəf və ləyaqət rəmzi olan Şuşanın azad olunmasınadək müharibəni davam etdirdi. Azərbaycan əsgəri Vətənin hər qarış torpağı üçün canını əsirgəmədi, həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verdi.

Bu gün müstəqil, azad Azərbaycan sözün əsil mənasında öz gələcəyinin sahibidir. Bütün bunlar Azərbaycan xalqının heç zaman yaddaşlardan silinməyəcək tarixi qələbələridir. Amma bu qələbələri mümkün edən ən böyük qələbə – xalqın müdrik seçimi idi. Xalq müdrik bir seçim etmişdi – İlham Əliyev seçimi. Məhz, Prezident İlham Əliyev ən böyük tarixi qələbələrə Azərbaycan xalqının imzasını atdı, ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi,  xalqın qürur və ləyaqətini özünə qaytardı.                      Bu gün Azərbaycan xalqı öz müdrik seçimi ilə sevinir və qüdrətli lideri cənab Prezident İlham Əliyevlə  fəxr edir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu

Azərbaycan torpaqlarının işğal altında qalması hər bir azərbaycanlı üçün ağır hadisə idi.Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələrdən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin miras qoyub getdiyi siyasəti uğurla davam etdirən Cənab prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti   sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandıq və dünya ölkələrinə birdaha sübut etdik ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var.

Azərbaycan  dövləti üçün ən mühüm hadisələrdən biri də Şuşanın azad edilməsi olmuşdur. 2020-ci il noyabr ayının 8-də Şuşa şəhərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz erməni qəsbkarlarının əlindən azad etdilər.

Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhəri tarixi görkəmi bərpa edir, günü-gündən gözəlləşir, əvvəlki şöhrəti  özünə qaytarılır və ənənəvi dolğun mədəni həyatına qovuşur.

Bu gün Cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məğlubiyyəti isə Ermənistan heç cür qəbul edə bilmədi. İstər siyasi, istər hərbi mənada tam fiaskoya uğramış Ermənistan bundan düzgün nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. Revanşist qüvvələr Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt qazanmağa çalışdılar. Ancaq ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığı bitirməyə vadar etdi. Bu işdə separatçıların utopik təsəvvürlər dünyası, xam xəyalları da olduqca önəmli bir amil təşkil etdi. Azərbaycan dövləti antiterror tədbirləri  nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.

Sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatında Azərbaycan Ordusu  peşəkarlıq və fədakarlıq göstərərək qısa müddət ərzində düşməni təslim olmağa məcbur etdi. Separatçıların 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə tamamilə xitam verildi. Beləliklə, Azərbaycan tarixi ədaləti yenidən  bərpa etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “8 noyabr kimi, 20 sentyabr 2023-cü il də bizim tariximizdə daim qalacaqdır.”

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki,müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçiblər. 1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verilməyib.

Ermənistanın  qanunsuz şəkildə torpaqlarımızı işğal altında saxlamasına cavab olaraq Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.  2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı  qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yeni dövr başladı. 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Bu prezident seçkiləri işğaldan azad olunmuş ərazilərimizdə, yəni bütöv Azərbaycan Respublikasında keçirildi. Bu  Azərbaycan xalqı üçün tarixi fakt idi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın 92,12 faiz səsini toplayaraq Prezident seçildi. Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi. Azərbaycan xalqı öz seçimi ilə fəxr edir.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Ordu quruculuğu mürəkkəb, daimi prosesdir və hər gün yenilənir. Hər yeni gün müasir texnologiyalar tətbiq edilir. Dövlətimiz də Azərbaycan Ordusunun hərbi potensialının güclü olması üçün onun dünyanın ən qabaqcıl ölkələrinin müasir silahları ilə təmin olmasına çalışır. Şəxsi heyətin qidalanmasına, geyim, silah-sursat təminatına, işğaldan azad edilmiş ərazilərdə müasir kazarmaların və zastavaların tikilməsinə, ordunun daim təlim keçməsinə, təchizatına, kadr potensialına və davamlı islahatların aparılmasına xüsusi diqqət ayrılır.

Azərbaycanın Silahlı Qüvvələri nəinki regionumuzda, o cümlədən dünyada ən güclü ordulardan biri sayılır. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsinin ən mühüm səbəblərindən biri də ölkəmizdə uğurla inkişaf etdirilən ordu quruculuğu siyasətidir, bu sahədə davamlı islahatların aparılmasıdır və görülən işlərin effektivliyidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.

Qeyd edək ki, illər ötdükcə  Azərbaycan Ordusu yeni və daha sürətli inkişaf mərhələsinə qədəm qoyur. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız dünyanın ən güclü orduları siyahısında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir.  Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Bizim ailəmiz Türk dünyasıdır.

Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. Bu gün güc­lənməkdə olan Türk dünyası üçün bu amil son dərəcə vacibdir. Türk Dövlətləri Təşkilatı da mövcud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Türk Dövlətləri Təşkilatının ötən 10 ildəki fəaliyyə­tinin xronologiyasının təsviri nöqte­yi-nəzərindən mühüm istiqamətlərlə zəngin olduğunu aydın şəkildə görə bilərik. Həmin istiqamətlərin hər birində ölkəmizin imzasının olması hər kəsə yaxşı məlumdur. Azərbaycan qu­rumun müxtəlif səviyyəli toplantılarını gerçəkləşdirib, onun stukturlarının for­malaşmasına təşkilati və texniki dəstək göstərib ki, bütün bunlar üzv dövlətlərin cəmiyyətlərinin bir-birinə sıx şəkildə inteqrasiyasında həlledici missiyadır.

Bu gün Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib.

Türk Dövlətləri Təşkilatı ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir.

Cənab Prezident İham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə Azərbaycanın qardaşlıq münasibətləri var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Əminliklə deyə bilərik ki, türk dövlətləri gələcəkdə də, daha böyük nailiyyətlərə imza ataraq iqtisadi inkişafa önəmli töhfələr verəcəklər.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 Zəfər seçkisi

 Bu gün artıq böyük qürur hissi ilə, demək olar ki, 7 fevral 2024-cü ilin növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil olmuşdur. Xalqımızı 2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayındakı bir günlük lokal xarakterli antiterror tədbirlərində qazandığı tarixi Zəfəri böyük birlik və mütəşəkkillik şəraitində başa çatdırdığı 7 fevral növbədənkənar prezident seçkiləri ilə qəti şəkildə möhkəmləndirmişdir.

XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qa­zandırmış cənab İlham Əliyevin 2024-cü il fev­ralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz həm də Zəfərdən – Zəfərlərə doğru yeni və etibarlı tə­minat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin növbədənkənar prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş et­dirən yeni dövrə qədəm qoymuşdur.

Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir.

Azərbaycan tarixində xüsusi mərhələ olan 2003-2023-cü illər Prezident İlham Əliyevin siyasi hakimiyyətinin birinci döv­rünün epopeyası, 7 fevral 2024-cü il seç­kilərində qazanılmış tarixi qələbə isə Ali Baş Komandanın daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümum­milli liderimiz Heydər Əliyev, baş qəhrə­manı və böyük sükançısı isə müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin möhtəşəm yekunu, yeni tarixi epoxanın böyük başlanğıcı və paroludur. Dünyanın gözü qarşısında 7 fevral seçkilərində mü­hüm tarixi qələbə qazanmış, Azərbaycan xalqı böyük qürur hissi ilə İlham Əliyevə səs verməklə özünün yeni zəfərlər vəd edən daha böyük gələcəyinə mandat al­mışdır. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçirilmişdir. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkilərində üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandı. Xalq fərəh, qürur hissi ilə seçkilərə qatıldı. Bu Azərbaycan xalqının öz liderinə olan sevgisinin bariz nümunəsi idi. Hər zaman olduğu kimi bu gün də Azərbaycan xalqı öz Prezidenti ilə qürur duyur.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın