23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.

Dövlətimizin başçısı cənab İlham Əliyev fevralın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə zamanı bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür.  Dövlət başçısı ölkənin bərpaolunan enerji potensialı və qarşıdakı hədəflər barədə məlumat verib. Prezident İlham Əliyev Xəzər dənizində dayazlaşma məsələsinə də toxunub. Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacarıb. Prezident İlham Əliyəv Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə də danışıb. Dövlət başçısı bildirib ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Lakin, elə bu sahədən qazandığımız gəliri yaşıl enerjiyə yatırmaq bərpaolunan enerjiyə verdiyimiz xüsusi töhfədir. Məhz Azərbaycanın bu sahədə atmış olduğu addımlar digər dövlətlər üçün nümunəyə çevrilməli və onlar iqlimin qorunmasında bərabər iştiraka cəlb olunmalıdır.

Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil etməkdədir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalq təşkilatdan, 44 şirkətdən yüksək səviyyəli nümayəndələrin iştirakı onların əhəmiyyətini bir daha nümayiş etdirdi.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

 

 Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var. Regionun əsas infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi bu baxımdan Azərbaycan üçün çox böyük iqtisadi və siyasi üstünlük gətirib. Hərçənd on il öncə bir çoxları üçün bu layihə xəyal kimi görünürdü və həyata keçilməsində şübhələri var idi. Lakin Azərbaycan dövləti bu layihənin də reallaşmasında öz gücünü ortaya qoydu. Bu haqda Prezident cənab İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi: “Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi.

XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixləşməkdədir. Bu sıradan Cənub Qaz Dəhlizi də, Yaşıl Enerji amili də əhəmiyyətlidir. Azərbaycan bu məsələlərə özəl siyasi dəstəyi ilə tanınır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, müzakirələr aparılır. Mart yaıın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də bu məsələlərə, bu məslələrlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

 Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Cənab Prezident müsahibəsində bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var. Regionun əsas infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi bu baxımdan Azərbaycan üçün çox böyük iqtisadi və siyasi üstünlük gətirib. Hərçənd on il öncə bir çoxları üçün bu layihə xəyal kimi görünürdü və həyata keçilməsində şübhələri var idi. Lakin Azərbaycan dövləti bu layihənin də reallaşmasında öz gücünü ortaya qoydu. Bu layihə vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi hadisədir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir. Azərbaycan bu mürəkkəb layihəni uğurla icra etməyi bacardı. Çünki eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirililib və həmçinin istismara verilib. Bütün bu işlər daha aşağı xərclə edilib. Cənab Prezidentin dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”.

Cənab Prezident müsahəbəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın önəminə də toxunub: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. Bu baxımdan Cənub Qaz Dəhlizinin həm də siyasi əhəmiyyəti var. Çünki bu layihəyə adi olan ölkələr arasında sıx əməkdaşlıq da yaranıb. Xüsusən reagion ölkələri olaraq Azərbaycan, Gürcüstan və Türkiyənin Cənub Qaz Dəhlizinin icrası zamanı əməkdaşlığı daha da güclənib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin keçdiyi digər ölkələr arasında da özünü göstərib. Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi ilə bağlı marşurut boyunca olan ölkələrdə saysız açılış və təqdimatlar təşkil edilib. Bu tədbirlərdə boru kəmərinin keçdiyi ölklərin liderləri layihənin baş tutmasında Azərbaycanın rolunu və mənbə ölkə olmasını qeyd edirlər. Onlar, bu işdə Prezident İlham Əliyevin qətiyyətini xüsusi vurğulayırlar. Əlbəttə ki, bütün bunları Avropa liderlərindən eşitmək qürurvericidir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın