21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

LAÇIN ŞƏHƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA DİRÇƏLƏCƏK!

LAÇIN ŞƏHƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA DİRÇƏLƏCƏK!

LAÇIN ŞƏHƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA DİRÇƏLƏCƏK!

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Laçın strateji əhəmiyyətə malikdir. Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı bu məsələyə toxunan cənab Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi”. Uzun və nəticəsiz qalan danışıqlar zamanı “5+2” formatını irəli sürən, Qarabağdakı azsaylı erməni üçün israrla status tələb edən Ermənistan və havadarlarının planları darmadağın oldu. İndi Qarabağ, Şərqi Zəngəzurun kənd və şəhərlərində, o cümlədən Laçında Azərbaycan bayrağı dalğalanır. Laçın şəhərində, Sus və Zabuxda, eləcə də digər kənd və şəhərlərimizdə həyat yenidən canlanır. Ermənistan-Azərbaycan şərti dövlət sərhədində “Laçın” postumuz fəaliyyət göstərir. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. Laçında Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Lakin ölkəmizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi biz döyüş meydanında düşməni məhv edərək Azərbaycan xalqının gücünü göstərdik, xlaqla hakimiyyətin birliyinin möhkəmliyini nümayiş etdirdik. İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. İşğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Beləliklə Vətən müharibəsi Azərbaycan Ordusunun Qələbəsi ilə yekunlaşdı. İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Azərbaycanın ərazi cəhətdən ən böyük rayonlarından biri olan Laçının şəhid vermədən erməni işğalından azad olunması ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisə idi.
Ali Baş Komandan cənab İlham Əliyev iqtisadi, hərbi diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu. Bu model özünü doğrultdu. Bununla da Azərbaycan dövləti yeni hərbi siyasi reallıq yaratdı. Azərbaycan tarixi ədaləti bərpa edərək, tarixi torpaqlarını işğaldan azad edib. Ləyaqətlə vuruşaraq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq suveren hüquqlarını müdafiə edib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə böyük quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər öz tarixi və əbədi evlərinə qayıdırlar. Burada hər yaşdan, hər nəsildən olan insanlar var. Bu tarixi reallıqdır və hər kəs bunu qəbul etməli, nəzərə almalıdır. Hazırda Laçın rayonu inkişafının yeni mərhələsini çox yüksək səviyyədə və uğurla yaşayır. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunur, laçınlılar da öz doğma yurduna qayıdırlar. 2023-cü il 28 may tarixindən başlayan Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Laçın və laçınlılar gələcəyə böyük inamla və ümidlərlə baxırlar. Laçın şəhərinə həyatın qayıtması tariximizin ən qürurlu səhifələrindən biridir. Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın