21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qeyri-neft sektorunun inkişafında müsbət tendensiya

Qeyri-neft sektorunun inkişafında müsbət tendensiya

Qeyri-neft sektorunun inkişafında müsbət tendensiya.

Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Bu, Azərbaycan dövlətinin, xalqının daim irəli baxmasına əsaslanır. Prezident cənab  İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı.  Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. 2008-ci ildən başlanan və nəticələri  hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, həmçinin 2019-cu ilin sonlarından koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində Azərbaycanın təkmil təcrübəni nümayiş etdirməsi və ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına əsasən az itki ilə  çıxması da deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının prioritetliyini önə çəkərək bu çağırışı da etdi ki, iqtisadi islahatlar daha da dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Bu faktı da qeyd etmək yerinə düşər ki, həmin dövrdə həm koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə baxmayaraq Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın icrasını davam etdirdi və 2020-ci ilin dekabrın sonunda istifadəyə verildi.  Azərbaycanın bu gün  nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması da hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir. Hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Dövlət başçısı  cənab İlham Əliyev

26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında da Azərbaycan sabitliyin, normal biznes mühitinin mövcudluğunun yol açdığı uğurlardan da danışdı. Vurğuladı ki, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb.  Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, – yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.

 

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın