12.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır.

Azər­bay­canın aşıq ədəbiyyatının inkişafında XIX yüzillikdə yaşamış böyük söz və saz ustadı Aşıq Ələsgərin zəngin yaradıcılığı  bir mərhələ oldu. İstər Arazın o tayında, istərsə də bu ta­yın­da neçə-neçə sənətkar Aşıq Ələsgər ədəbi məktəbinin yetirməsidir. Böyük ustadın irsi öyrə­ni­lə-öyrənilə aşıq yaradıcılığının daha şaxəli inkişafında vasitəyə çevrildi. Hələ 70-ci illərdə Aşıq Ələsgərin kitabları nəfis tərtibatla nəşr edildi. 2021-ci ildə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev iki Sərəncam imzaladı. Sərəncamlardan biri ilə sənətkarın 200 il­lik yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam onun abidəsinin ucaldılmasına görə verilmişdi. Abidə Bakı şəhərində qoyuldu. Abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Tarixin zaman anlamında dünənlərini xatırladan çıxışda böyük sənətkarın yaradıcılığı haqqında geniş məlumat verildi, xalqımızın yaşadığı iki deporta­si­ya­­nın ağrıları da xatırladıldı: “Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğ­ma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğ­ma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin tə­şəb­büsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin Sovet İttifaqı miqyasında qeyd edildiyini, bu yubiley münasibətilə sənətkarın doğma Ağkilsə kəndində abidəsinin ucaldıldığını, ermənilərin törətdiyi üçüncü deportasiyada abidənin dağıdıldığını da bildirdi. Dövlət başçımız onu da dedi ki, “Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər in­san, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97 yaşında öz torpa­ğın­dan köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, – o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, – yenə də öz Vətəninə qayıtmışdır”.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirdə çıxışı bir sənətkarın timsalında dövlətçiliyin daha da möhkımləndiriləcəyinə inam kimi dinlənildi: “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində bu­na oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”…

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.

 

 

Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə  həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Onu da qeyd edək ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ulu Öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün  iki Sərəncam imzalanıb.  Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncamda isə   onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün  şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı. Aşıq Ələsgərin keçliyi ömür yolundan, yaradıcılığından geniş bəhs edən cənab İlham Əliyev diqqəti bu mühüm məqama da yönəltdi ki,  ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmış və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq.

Dövlət başçısı İlham Əliyev  Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında «Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır» fikirlərinin davamı olaraq onu da bildirdi ki, işğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında bu barədə artıq bir neçə dəfə demişəm: «Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir.» Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz.Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı.  Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti,  gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.Tarixi Zəfərimizi, suverenliyimiz həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı  ideoloji təbliğat aparırlar. Azərbaycan hər zaman belə qərəzli  fikirlərlər, cəhdlərlə üz-üzə olub. Lakin dövlətimizin real faktlara, tarixi həqiqətlərə söykənən siyasəti  belə cəhdlərin qarşısını qətiyyətlə alıb, alır və alacaq. Cənab İlham Əliyev sözügedən çıxışında da bu reallıqları diqqətdən kənarda qoymadı. Bildirdi ki, antiterror əməliyyatının ildönümü ərəfəsində  yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki  işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır, Böyük Qayıdış Proqramı uğurla icra edilir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Zəfərlərimizin başlanğıc nöqtəsi oldu. Cənab İlham Əliyevin sərəncamları əsasında 27 sentyabr Anım Günü, qarabağın tacı Şuşanı nazad edildiyi tarix-8 noyabr  Zəfər Günü kimi təsis edildi. Bu günlərdə, dövlət başçısı İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixili Sərəncamı ilə 20 sentyabar tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpa edilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. Qərbi Azərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsas hədəfələr sırasındadır.

 Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın