Tarixi Qələbə gününün əbədiləşdirilməsi
Tarixi Qələbə gününün əbədiləşdirilməsi.
Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edib, üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra Qubadlı şəhərində qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Prezident İlham Əliyevin 2023 -cü ilin iyul ayının 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur. 25 Oktyabr tarixi nəinki qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.
Qubadlının işğaldan azad olunmasından artıq 4 il keçir. Oktyabr ayının 25-i tarixi xalqın yaddaşında bir ömür yaşayacaq. İkinci Qarabağ savaşı hansı ki, “Dəmir yumruq” əməliyyatı ilə keçirilmişdir, Azərbaycan tarixinə qürur dolu şanlı səhifələr yazdı.
Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 44 günlük Vətən müharibəsində bütün dünyaya səs salaraq öz gücünü göstərmiş oldu. Oktyabrın 25-i Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı şəhəri mənfur düşməndən təmizləndi. Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək çox qısa, cəmi bir neçə gün çəkdi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub.
Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
Zərifə Xanlarzadə – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi