Peskov xüsusi təyinatlı təyyarə ilə bağlı suala cavab vermədi
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya xüsusi təyinatlı təyyarəsinin İslandiyaya uçması ilə bağlı KİV-də yayılan xəbərləri şərh edib.
Qafqazaz.com xəbər verir ki, o, xüsusi təyinatlı təyyarədə bir çox rus nümayəndə heyətinin uçduğunu və onların hər biri haqqında danışmayacağını bildirib.
“Bilirsiniz, xüsusi uçuş dəstəsi rəsmi məqsədəuyğunluğa uyğun uçuşlar həyata keçirir – o, Rusiya nümayəndə heyətlərini, rəsmi şəxsləri, məmurları daşıyır. Amma bütün uçuşlar haqqında sizə konkret məlumat verməyə hazır deyiləm”, – Peskov qeyd edib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın