21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zərdabda ”XOCALI SOYQIRIM” qurbanlarının 30-cu ildönümü qeyd olundu-FOTOLAR

  • MANŞET
  • 26 Fevral 2022
  • 2.889 BAXIŞ SAYI
Zərdabda ”XOCALI SOYQIRIM” qurbanlarının 30-cu ildönümü qeyd olundu-FOTOLAR

Zərdabda ”XOCALI SOYQIRIM” qurbanlarının 30-cu ildönümü qeyd olundu.

Qanunla.Az xəbər verir ki,Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,İcra Başçısının müavinləri Rəhman Feyzullayev,Pərvin Mahmudova,Xəyalə Veyisova,YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev,Icra Aparatının məsul şəxsləri,hüquq mühafizə orqanların rəhbərləri,idarə və təşkilatların rəhbərləri,ictimayyət nümayəndələri,şəhidlərin xatirə abidəsini ziyarət edərək, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib,ruhuna dualar oxuyublar.

Daha sonra Xocalı soyqırım qurbanlarına həsr olunmuş orta məktəb şagirdləri və uşaq bağçaları ilə birgə hazırladıqları rəsm sərgisi nümayiş olunub.İcra başçısı və anım mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Xocalı soyqırım haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd edib ki, Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Mərdan Camalzadə vurğulayıb ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymətin verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi müstəvidə qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər. Hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.

Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsi ilə əlaqədar müxtəlif layihələr çərçivəsində Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə yaxından çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ölkələrində  yürüşlər və tədbirlər təşkil etdiyini xüsusi qeyd edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə bəyan edilməsi, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır qanlı cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil etməkdədir. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 30-cu ili böyük izdihamla qeyd olunub.

Allah bütün səhidlərimizə rəhmət eləsin!

Qanunla.Az  Vüqar Rəhimov

image-274334814_2653090368154934_6410634634986328387_n-1image-274681200_7240037002734192_767247668259832520_nimage-274614829_289358993285793_937187357989745986_nimage-274601840_474752821010421_7691126528646863010_nimage-274268735_1097531424151998_1890823517952842040_nimage-274456794_317195020454875_2470557348290387532_nimage-274570255_334842911923989_448908213291869774_nimage-274373278_5026664204094606_4309086525716515270_nimage-274781738_472743607756479_8601900788363005432_nimage-274579378_662950015039311_5974237801610612510_nimage-274351812_1033424594228841_2073518177628699031_nimage-274587140_248551897483303_2003009531710829669_nimage-274327514_604632927575994_6176892492423190627_nimage-274509636_293941326249622_1562816356639686953_nimage-274282592_1588544321505559_5380115044067306412_nimage-274293368_486791826511285_8300354619980364802_nimage-274557263_1496882607407947_5374464190932750675_nimage-274589099_1804012079798619_7712721888494233170_nimage-274534331_503266544479391_3608282717713304616_nimage-274291573_978360739754971_596487017820196905_nimage-274846733_1340558199690450_2052112709938566064_nimage-274281641_503334584749668_6387538353078909643_nimage-274349532_3223229344627696_9154956284821841955_nimage-274347926_322568409892784_3145804009968107110_nimage-274423238_628460174907398_4309856937630919398_nimage-274416938_277333157855963_65252006442787326_nimage-274841401_418227116772847_8474993988427450526_nimage-274347932_657867148769882_8740970763327867456_nimage-274526654_967569400537147_894281564111855710_n image-274526654_967569400537147_894281564111855710_nimage-274354796_4905539516200841_964311745960538088_n

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın