Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad olundu.
Bu barədə Rəşad Ələkbərovun vəkili Adəm Məmmədov Qanunla.Az-a bildirib.
Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi.
Göstərdiyi diqqət və ədalətli mövqeyə görə ölkə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk!
Qeyd edək ki, rəssam Rəşad Ələkbərov AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.