Avropa İttifaqı Ukraynaya hərbi yardımı artırır
Avropa İttifaqı Ukraynaya hərbi yardımı daha 500 milyon avro artıracaq.
Qafqazaz.com –ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel “Twitter” hesabında məlumat verib.
O qeyd edib ki, Avropa İttifaqı diplomatı Cosep Borrelin təklifi ilə Avropa Sülh Fondunu Ukraynanı daha 500 milyon avro ilə təmin etməyi planlaşdırır.
“Sürətli təsdiqdən sonra bu, Aİ-nin Ukraynaya hərbi yardımını 1,5 milyard avroya çatdıracaq”, – Mişel əlavə edib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın