22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

BÜTÜN NAİLİYYƏTLƏR AZƏRBAYCANIN  DAXİLİ GÜCÜNÜN  HESABINA  ƏLDƏ  OLUNUR

BÜTÜN NAİLİYYƏTLƏR AZƏRBAYCANIN  DAXİLİ GÜCÜNÜN  HESABINA  ƏLDƏ  OLUNUR

BÜTÜN NAİLİYYƏTLƏR AZƏRBAYCANIN  DAXİLİ GÜCÜNÜN  HESABINA  ƏLDƏ  OLUNUR.

 

Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Prezidentimiz  cənab  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini təmin edən mühüm faktorlardan biri inkişafın milli modelinin – yeni iqtisadi möcüzənin yaradılmasıdır. Son 18 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi – vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə təkan olub.

Heç şübhəsiz, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin zirvə hadisəsi – ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi – Qələbə dastanıdır, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezidentimiz cənab  İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Ümumiyyətlə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması – beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-Lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub.

Azərbaycan Ordusunun böyük Qələbəsinin doğurduğu nəticələr dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qəbul olunub və ölkəmizin işğaldan azad etdiyi, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilər üzərindəki suveren hüquqları müzakirə predmeti deyil, ola da bilməz. Ölkə başçımız cənab İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində bununla bağlı bütün məqamlara həm ətraflı, həm də faktlara istinad etməklə aydınlıq gətirdi.

Bütövlükdə  həm postmünaqişə dövründə, həm də bu ilin birinci rübündə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən tədbirlər, ölkəmizin qatıldığı beynəlxalq platformalarda, ikitərəfli və üçtərəfli görüşlərdə qəbul olunan yekun sənədlər, ayrı-ayrı təsisatların və dövlətlərin müxtəlif platformalarda ifadə olunan mövqeyi dünyanın regionda yaranmış reallıqlara Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, sərhədlərinin toxunulmazlığı müstəvisindən yanaşdığını təsdiqləyir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru- KÖNÜL RƏHİMOVA

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın