“Gəncliyə Dəstək” İB layihə çərçivəsində Zərdab rayonunun Çallı kəndində maarifləndirmə tədbiri keçirib
“Gəncliyə Dəstək” İB layihə çərçivəsində Zərdab rayonunun Çallı kəndində maarifləndirmə tədbiri keçirib.
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihəsi çərçivəsində nəzərdə tutulmuş 9-cu maarifləndirmə tədbirini 30 aprel 2022-ci ildə həyata keçirib. Bu tədbirdə Çallı kənd tam orta məktəbinin 25 şagirdi iştrak edib. Tədbiri açıq elan edən Çallı kənd tam orta məktəbinin direktoru Babək Milayılov qonaqları salamlayıb, məktəblilərin peşə təhsili istiqamətində maarifləndirilməsinin önəmli olduğunu bildirib. Təşkilatın sədr müavini Eldar müəllim gənclərin peşə seçimində düzgün qərar verməsinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya olduğunu bildirib. Gənclərin gələcək karyeralarında peşə seçiminin önəmli faktor olmasını bildirib. Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib. Həmçinin tədbirdə Peşə təhsilinə müraciət etmə qaydaları, məktəblilərin düzgün peşə seçiminin önəmindən danışılıb. BMT-nin Beynəlxalq Əmək Təşkilatının təlimçisi Bağı müəllim tədbir iştirakçılarına beynəlxalq səviyyədə peşə təhsilinə verilən önəmdən danışıb. Təşkilatımızın üzvü Kəmalə xanım peşə ixtisas seçimində könüllülük fəaliyyətinin önəmindən danışıb. Tədbir iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb. Qeyd edək ki, layihə 4 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli