İşini itirən ukraynalıların sayı AÇIQLANDI
Ukraynanın Rusiya tərəfindən işğalı başlayandan təxminən 4,8 milyon ukraynalı işini itirib.
Qafqazaz.com CNN-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatında bildirilib.
Qeyd olunub ki, döyüşlərdə eskalasiya olacağı təqdirdə işsizlərin sayı 7 milyon nəfərə çatacaq. Döyüşlərin dərhal dayanacağı təqdirdə isə 3,4 milyon ukraynalı iş yerinə qayıda biləcək.
Məlumatda vurğulanıb ki, işini itirən 4,8 milyon ukraynalının 1,2 milyonu qaçqına çevrilib və qonşu ölkələrə üz tutub. Yerdə qalan 3,6 milyon işsizin isə hazırda Ukraynada olduğu bildirilib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın