22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Müzəffər Ali Baş Komandan Kəlbəcərdən Ermənistanda baş qaldıran revanşist qüvvələrə bir daha mesajlarını ünvanladı

Müzəffər Ali Baş Komandan Kəlbəcərdən Ermənistanda baş qaldıran revanşist qüvvələrə bir daha mesajlarını ünvanladı

Prezident İlham Əliyevin 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı

Müzəffər Ali Baş Komandan Kəlbəcərdən Ermənistanda baş qaldıran revanşist qüvvələrə bir daha mesajlarını ünvanladı

26 İyun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, 30 ilin işğalına 44 gündə son qoyaraq ədaləti bərpa edən Azərbaycan Ordusunun şərəf günüdür. Artıq iki ildir ki, digər bayramlar, tarixi günlər kimi, Silahlı Qüvvələr Gününü də daha möhtəşəm, əsl bayram ovqatında qeyd edirik. Şanlı tarix yazan Azərbaycan Ordusu bu gün işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün qürurludur. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi. Azərbaycan Ordusunun hərb meydanında məğlub olacağı barədə əsassız fikirlər səsləndirib özləri barədə “məğlubedilməz” görüntü yaratmağa çalışan ermənilər diz çökdü, kapitulyasiya akına imza atdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcərdə və Laçında oldu, bir güllə belə atılmadan azad edilən bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı. Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, döyüş hazılığından geniş bəhs edərək bildirdi ki, bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün müzəffər xalq, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. Dövlət başçısı İlham Əliyev işğal dövründə hərbçilərlə çoxsaylı görüşlərində, ölkəmizdə keçirilən hərbi paradlarda, Beynəlxalq Müdafiə sərgilərində daim bu əminliyi ifadə edirdi ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq. Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Tarixi Zəfərimizdən sonra da ordu quruculuğu sahəsində davamlı addımlar atılır: “Ötən ilin dekabrında birinci komando hərbi hissəsinin azad edilmiş Hadrutda istifadəyə verildiyini xatırladan Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, bu mühüm hadisədən 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirilir. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın