22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İlham Əliyevin iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı sabitliyə və təhlükəsizliyə təminatdır

İlham Əliyevin iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı sabitliyə və təhlükəsizliyə təminatdır

Prezident İlham Əliyevin iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı sabitliyə və təhlükəsizliyə təminatdır

Prezident İlham Əliyevin iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında dediyi kimi, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Elə bunu nəzərə alaraq Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığın müqavilə-hüquqi bazasının möhkəmləndirilməsinə diqqəti daha da artırırlar və nəticədə ölkələrimiz arasında təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanaraq qüvvəyə minib. Digər tərəfdən, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili kimi böyük əhəmiyyət kəsb edir. Ən önəmlisi bir də budur ki, bu qarşılıqlı münasibətlər bütün tərəflərin mənafelərinin nəzərə alınmasını, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörməti və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərini ehtiva edir, Xəzər dənizinin strateji əhəmiyyətini daha da artırır. Bu isə, Xəzəryanı dövlətlərin sırasında layiqli yer tutan Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini, rolunu və çəkisini, daha da artırır, ölkəmizə və onun liderinə əlavə reytinq qazandırır. Bütün bu amillər isə, şübhəsiz ki, Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyətinin getdikcə daha da genişlənəcəyinə, Azərbaycanın nüfuzunun daha da artacağına qəti əminlik yaradır.

İsaməddin Əhmədov-Zərdab rayonu, “Əkinçi” qəzetinin baş redaktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın