21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Goranboy rayonunda yolların işıqlandırılması həyata keçirilib – FOTO

Goranboy rayonunda yolların işıqlandırılması həyata keçirilib – FOTO

Goranboy rayonu Borsunlu kəndinin ərazisindən keçən Gəncə-Bakı-İpək yolunun işıqlandırılması həyata keçirilib.

Qafqazaz.com  xəbər verir ki, Borsunlu kəndindən olan şəhid ailələri, qazilər və kənd sakinlərinin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədova müraciətinə əsasən adı çəkilən yolun işıqlandırılması üçün aidiyyatı qurumlarla əlaqə saxlanılıb, məsələnin operativ şəkildə həllinə nail olunub. Kənddə quraşdırılan işıqlar müasir standartlara cavab verməklə yanaşı, həm də elektrik enerjisindən qənaətlə istifadə edilməsinə səbəb olacaq.

Enişli-yoxuşlu, döngəli olan bu yollarda xüsusən payız və qış aylarında qarlı və dumanlı hava səbəbindən sürücülərin işi xeyli çətinləşirdi. Anar Məmmədovun sözlərinə görə, axşam yol işıqlanmadığından görmə məhdudlaşırdı. Amma küçələrin müasir tələblərə uyğun işıqlandırılması onların işini xeyli asanlaşdıracaq.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın