22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

44 günlük Vətən müharibəsi şanlı tariximizdir.

2020-ci ilin 27 sentyabrında başlanan İkinci Vətən Müharibəsindən bizləri iki illik zaman fasiləsi ayırır. Artıq iki ildir ki, 30 il düşmən tapdağı altında inləyən əzəli torpaqlarımız azad edilib. İki ildir ki, əcdadlarımızın ruhu şad olub, onların uyuduqları torpaqlarımız azad nəfəs almağa başlayıb.

Ötən 30 ildə soydaşlarımızın evlərinə, torpaqlarına qayıtmaları üçün dövlətimiz tərəfindən böyük işlər həyata keçirilir. Bütün bu işlər doğma torpaqlarımızın sahiblərinin təhlükəsiz və rahat şəkildə yaşamalarına, tezliklə evlərinə qayıtmalarına xidmət edir. Artıq Böyük Qayıdış başlayıb. Zəngilanın Ağalı kəndinin sakinləri artıq doğma yurdlarında yaşayırlar.

Sentyabrın 27-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə, oradan isə Şuşa şəhərinə səfərləri, səfər zamanı dövlətimizin başçısının söylədiyi dəyərli fikirlər həm kədərimizi, həm də qələbə sevincimizi təzələdi.

Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad edilmiş torpaqlarda şəhərlərimiz, kəndlərimiz bərpa olunur.

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın