22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır

Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır

Azərbaycan ilə Aİ arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 22 iyun 1999-cu il tarixində qüvvəyə minmiş “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” təşkil edir. Bu Saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycan ilə Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmişdir.

13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.2004-cü ilin mayında imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında” saziş ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Əvvəllər Azərbaycanla üç Qafqaz respublikasından biri kimi əlaqələr quran Avropa İttifaqı bu sazişlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi niyyətini açıb ortaya qoymuşdur.Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. İqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa İttifaqı ilə münasibətlər vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarna uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir, onların yaxşı gələcəyi var və ikitərəfli maraqlara əsaslanır”.

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edir. “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində münasibətlərin daha da möhkəmlənməsi nüfuzlu Avropa qurumunun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın