Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri
Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri
Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın qəbul olunmuş ilk konstitusiyasıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də Ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
1993-cü ildən 1995-ci ilə kimi olan dövrdə ümummilli lider ölkədə siyasi sabitliyin bərpası, demokratik dövlət quruculuğu ilə bağlı şəraitin təmin edilməsi, xaosa son qoyulması və vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın bərpası ilə bağlı addımların atılması, xarici investorların Azərbaycana cəlb edilməsi, bütün bu kimi vəzifələrin öhdəsindən gələ bildi. Və təbii ki, dövlətin qarşısında duran bu əhəmiyyətli məsələləri həll etdikdən sonra heç şübhəsiz ki, siyasi sistemin ən mühüm elementi olan Konstitusiyanın qəbul edilməsi zərurəti ortaya çıxdı. Çünki bu dövlətin ana qanunudur. Bütün proseslər məhz onun əsasında tənzimlənməlidir. Bu reallıqdan çıxış edərək ümummilli lider Konstitusiya komissiyası yaratdı. Prosesi tam öz nəzarətində saxladı, ideyalarını verdi, istiqamətləri müəyyənləşdirdi. Nəticə etibarilə, 1995-ci ildə noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinə nail oldu. Bu sənəd müasir dövrümüzün ən təkmil Konstitusiyalarından biri sayılır.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov