İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir
İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir
Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç görüş zamanı hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin, tərəqqinin şahidi oluduğunu qeyd etmişdir.Bütün bunlara görə Azərbaycan vətəndaşlarını təbrik etmişdir. İki respublika arasında güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Yaxın gələcəkdə Azərbaycan-Serbiya arasında iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova