Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər
Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər.
Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycanla Serbiya arasında əlaqələrə qısa nəzər salaq. Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Serbiya Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bildirir. Qeyd olunmalıdır ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. Hazırda inşası davam edən Bolqarıstan-Serbiya İnterkonnektoru istismara verildikdən sonra Azərbaycan qazının Serbiyaya nəql edilməsi mümkün ola bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.
Zərdab rayon Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun
Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər.
Həm Serbiya, ham Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir va bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya va Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd İmzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.
Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, Nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır. Son vaxtlar energetika sahəsində görülən işlər daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq dövlətimiz tərəfindən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova
Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb.Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.İki ölkə mədəniyyət sahəsində də sıx əlaqələrə malikdir. 2018-ci il aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, mayın 22-də isə Azərbaycan Dillər Universitetində “Serb dili və Mədəniyyəti Mərkəzi” açılıb.Gələcəkdə də bu dostluq münasibətlərinin müsbət nəticələr verəcəyi şübhəsizdir.
Zərdab rayon Şəftəhal kənd tam orta məktəbin müəllimi -Xalidə Qocazadə
Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər..
Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.Dekabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev ilk öncə qonaqları salamlayaraq bir ay əvvəl Prezident Vuçiçin dəvəti ilə Serbiyada rəsmi səfərdə olarkən ona göstərilən qonaqpərvərliyə görə Serbiya prezidentinə bir daha teşekkürünü bildirdi. Eyni zamanda, Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada olan vəziyyət, gedən inkişafın onu çox təsirləndirdiyini qeyd etdi. Prezident cənab İlham Əliyev Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiyanin həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində hərtərəfli inkişaf etdiyini və bunun bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradacağını da vurğulayib. O bildirib ki,həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.
Bu onu göstərir ki, əlaqələrin dinamikası doğrudan da çox müsbətdir. Ölkə rəhbəri bəyanatında qeyd etmişdir: “Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.
Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Mustafayeva
İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir.
Dekabrın 21-də Azərbaycanda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdən sonra mətbuata verilən bəyanatlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki, hələ Serbiyada səfərdə olarkən müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər veriblər: “Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir”.
Öz növbəsində Serbiya prezidenti Aleksandar Vuçiç də deyib ki, onlar bütün əməkdaşlıq formalarını müzakirə ediblər:
“Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. ”
Onun deməsinə görə, onlar “çox da dinc olmayacaq gələcəkdə” ölkələrini qorumağa və təhlükəsizliyi təmin etməyə hazır olmalıdırlar. Serbiya Prezidenti Azərbaycana dekabrın 20-də gəlmişdi. Onun səfəri dekabrın 21-də başa çatıb.Dekabrın 21-də A.Vuçiç ilə Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev arasında da görüş keçirilib. Görüşdə Bakı və Belqrad arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bir ay öncə, noyabrda Serbiyada səfərdə olmuşdu.
Zərdab rayon salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov