“Siyasi partiyalar haqqında” AR Qanunu ilə bağlı
“Siyasi partiyalar haqqında” AR Qanunu ilə bağlı
Azərbaycan dövləti Müstəqillik qazandığı dövrdən beynəlxalq hüquq normalarına eyni zamanda beynəlxalq təcrübələrə istinad etməklə dayanıqlı xalqın mənafeyini özündə birləşdirən qanunlar qəbul etməklə bu gün hüquqi demokratik dövlətə çevrilmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmiş, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi yeni Qanunun qəbulunun zərurətini yaratmışdır. Yeni qəbul olunmuş qanunun üstünlükləri hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olması, Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilməsi, Dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməısi, Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsi və bir çox üstünlüklər Azərbaycanda Siyasi partiyalara göstərilən diqqət qayğının və Azərbaycanın hüquqi demokrtaik dövlət olduğunun bariz nümunəsidir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov