Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır
Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır
İnsanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir. İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, ölkəmizdə digər işlər kimi infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə də, Azərbaycanın bütün bölgələrində infrastrukturun yenilənməsi, o cümlədən abadlıq-quruculuq işləri reallaşdırılıb və bu gün də uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilir. Qeyd edək ki, ölkəmizdə təhsil infrastrukturunun yenidən qurulması işi də dövlətimizin xüsusi diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib. Beləliklə, ötən illərdə olduğu kimi, hazırda da regionlarda yeni məktəb binalarının tikintisi uğurla davam etdirilir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova