“Region Gəncləri Üçün Karyera Planlaması Məktəbi” Layihəsi Çərçivəsində İlk Maarifləndirici Görüş Keçirildi
“Region Gəncləri Üçün Karyera Planlaması Məktəbi” Layihəsi Çərçivəsində İlk Maarifləndirici Görüş Keçirildi
“Gəncliyə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Region Gəncləri Üçün Karyera Planlaması Məktəbi” layihəsi çərçivəsində ilk maarifləndirici görüşünü Zərdab şəhər 1 saylı Texniki-Humanitar Liseydə keçirdi. Görüşdə 60-dan çox yeniyetmə iştirak etmişdir.
Qanunla.Az xəbər verir ki, tədbiri açıq elan edən məktəbin müəllimi Səliqə İsmayılova layihənin əhəmiyyətini vurğuladı və iştirakçılara təşəkkürünü bildirdi. Daha sonra layihə rəhbəri Vəfa Xəlilli layihə, donor və təşkilat haqqında ətraflı məlumat verərək Karyera Planlaması Məktəbinin qeydiyyatının başlandığını elan etdi.
Təlimçi Kəmalə xanım “Karyera Planlaması” mövzusunda təqdimat edərək yeniyetmələrə karyera planlaması zamanı diqqət yetirilməli əsas məqamları izah etdi. Təlimdə iştirakçılar, uzunmüddətli karyera planlaması üçün hansı addımların atılmalı olduğunu öyrəndilər və bu mövzuda praktik məsləhətlər aldılar. Tədbirin sonunda iştirakçılar onları maraqlandıran sualları təlimçiyə ünvanladı və detallı cavablar aldılar.
Layihənin əsas məqsədi region gənclərinin yumşaq bacarıqlarını inkişaf etdirmək və onlara effektiv karyera planlamasının əsaslarını öyrətməkdir.
Qeyd edək ki, layihənin növbəti mərhələsində Zərdab rayonunda 25 yeniyetmə və gəncin iştirakı ilə “Karyera Planlaması Məktəbi” təşkil olunacaq.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli