21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minalardan 200-dən çox insan həlak olub və ya ağır yaralanıb

Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minalardan 200-dən çox insan həlak olub və ya ağır yaralanıb

Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minalardan 200-dən çox insan həlak olub və ya ağır yaralanıb.

Ermənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, quruculuq-bərpa işlərinə mane olmaq üçün ermənilər məqsədyönlü şəkildə həmin ərazilərə on minlərlə mina basdırıblar.İşğal dövründə belə Azərbaycan Ordusunun bir gün mütləq tarixi ədaləti bərpa edəcəyi həqiqətini yaxşı anlayan Ermənistan əraziləri minalamaqla təxribata əl atıb, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozub.Ermənistan ordusu həm də minalar hesabına öz aciz durumunu kompensasiya etməyə çalışıb. Lakin ordumuzun qüdrəti qarşısında bu da kifayət etməyib.İşğala son qoyulduqdan sonra isə minalanmış ərazilər bölgədə əsas təhlükə olaraq qalmağa davam edir. Azərbaycanın işğaldan azad edilmiş bölgələrində minatəmizlənmə işləri sürətlə davam etdirilir.Bu cür cinayətlərin qarşısının alınması üçün isə dövlətimiz tərəfindən zəruri olan bütün addımlar atılır. Minaların təmizlənməsinə yerli mütəxəssislərlə yanaşı xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verir.Əlbəttə, 30 ildən sonra işğaldan azad olunan Qarabağa səfər etmək, Ağdamdan Şuşayadək bütün torpaqlarımızı qarış-qarış gəzmək hər birimizin arzusudur. Bunun üçün ərazilər erməni işğalçılarının basdırdığı minalardan tamamilə təmizlənməlidir. Bir qədər səbr etməliyik ki, mina təhlükəsi sovuşduqdan sonra Qarabağa qayıda bilək.Faciədən yeganə xilas yolu budur.

 Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru- Mikayılov Babək

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın