22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan – Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan – Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan – Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.

Qırğız  Respublikasının Prezideti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı on sənəd imzalanıb. Keyfiyyətcə yeni səviyəyyəyə çatan Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir. Heydər Əliyevin xalqın təkidli  tələbi ilə hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr Prezident İlham Əliyevin  rəhbərliyi dövründə daha da  inkişaf  edib, yeni inkişaf mərhələsinə qədəm  qoyub. Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər bu əlaqələri  daha da  gücləndirəcək . Xüsusilə  də,  imzalanmış sənədlər  arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası  Şuranın yaradılması Haqqına Memorandum mühüm əhəmiyyətə malikdirlər. Eyni zamanda Dövlətlərarası Şura çərçivəsində həm  ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm  müzakirə olunacaq ki, bu da  iki dövlətin proseslərə  adekvat  reaksiya  vermək imkanlarını  genişləndirəcək.

“Azərbaycanın mövcud iqtisadi  imkanları nəqliyyat  və liman  infrastrukturu,  eyni zamada, müasir enerji  müəssisələrinin elekterik stansiyalarının, o cümlədən  istilik  elektrik  stansiyalarının yaradılmasında təcrübəsi olan  şirkətlə Qırğızıstanın inkişafı, Azərbaycanın sərmayə yatırması üçün əlavə şərait yaradır”. Sirr deyil ki, eyni  kökə mədəniyyətə, qədim tarixi münasibətlərə,  ənənələrə  malik olan, dini və  milli mənsubiyyət eyniliyi Azərbaycan  və Qırğızıstan  xalqlarının,  dövlətlərinin  əlaqələrinin  inkişafına  təsir  göstərən mühüm amillərdəndir.

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qələbə çalaraq tarixi torpağlarını geri qaytardı. Bununlada  beynəlxalq arenada öz nüfuzunu dahada yüksəldərək, Azərbaycan dövlətinə olan siyasi və iqtisadi maraqları daha da gücləndirdi. Bütün dövlətlər Azərbaycanla dostluq əlaqələrini möhkəmləndirmək marağındadır.

Vəfadar Xəlilov

Saatlı rayon Sarıcalar kənd tam orta məktəbin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın