21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə olan münasibətlərə də diqqət çəkərək əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Azərbaycan artıq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Litva da Avropa İttifaqına üzv olan ölkələrdəndir və iki ölkə arasındakı güclü siyasi münasibətlər deməyə əsas verir ki, Azərbaycanla Litva strateji tərəfdaşlardır. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq ölkələrimizin maraq dairəsindədir.

Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Prezident cənab İlham Əliyev qeyd etdi ki, biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradılıb. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və açıq dənizə çıxışı olmamasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

 

Nağıyev Abbas – Zərdab rayonu, Dəli Quşçu kənd sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın