22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyamızın uğurudur

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyamızın uğurudur

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bir çox ölkələrin təcrübəsi cəmiyyətin hər hansı bir sahəsini demokratiya və insan hüquqlarının, yaxud iqtisadi inkişafı prioritet kimi müəyyən edən ölkələrin sonda mürəkkəb və qeyri-adekvat sonluq ilə üzləşmələri barədə nəticə çıxarmağa əsas verir. Yalnız cəmiyyətin bütün sahələri, xüsusilə demokratik və iqtisadi vektorlar, diplomatik əlaqələr paralel inkişaf etdikdə bütün sosiumun davamlı tərəqqisini təmin etmək olar. Məhz buna görə də Prezident İlham Əliyevin siyasətində demokratik dəyərlərin inkişafı və implementasiyası ilə yanaşı, Azərbaycanın dünya iqtisadi sisteminə dərin inteqrasiya prinsipi, həmçinin iki və çoxtərəfli diplomatik münasibətlərin inkişafı əsas yer tutur. Müstəqil Azərbaycanın xarici siyasət strategiyasında isə parlament diplomatiyasına mühüm yer verilir.

Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin rolu getdikcə artır. Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası (PA), Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Avronest Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, NATO Parlament Assambleyası Azərbaycanın parlamenti parlamentlərarası təşkilatlarının yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, o cümlədən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı müsbət qərarlar qəbul olunub. Bu gün də beynəlxalq parlament tribunalarında işğaldan azad olunmuş torpaqlarımızda Ermənistanın barbarlığı faktlarla dünya ictimaiyyətinə çatdırılır.

“Ümumiyyətlə, nəzər saldıqda görürük ki, Azərbaycan parlamenti öz fəaliyyətində müasir demokratik ənənələri və prinsipləri başlıca inkişaf prioriteti kimi qarşısına məqsəd qoyub və fəaliyyəti milli inkişaf modelinə uyğundur. Burada parlamentin yeni simasını, təsir imkanlarını inkişaf etdirən rəhbərliyin rolunu xüsusi qeyd etmək lazımdır. Hətta pandemiya dövründə beynəlxalq əlaqələrin canlı şəkildə demək olar ki, fəaliyyəti mümkün olmadığı halda, parlament beynəlxalq fəaliyyətini nəinki dayandırmadı, hətta daha da gücləndirərək onlayn beynəlxalq konfransların iştirakçısı oldu.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın