25.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sentyabrın 19-da Qarabağ bölgəsində anti-terror əməliyyatı başlandı

Sentyabrın 19-da Qarabağ bölgəsində anti-terror əməliyyatı başlandı

Sentyabrın 19-da Qarabağ bölgəsində anti-terror əməliyyatı başlandı.

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri və separatçı rejimin qanunsuz hərbi dəstələri  tərəfindən Ordumuzun mövqelərinin davamlı olaraq atəşə tutması, hərbi təxribatlar törətməsi qəbul edilməzdir. Mövqelərimizin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, düşmənin öz döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasını şərtləndirdi. Rəsmi məlumatlara əsasən, qarşı tərəfin  bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Ordumuzun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər təsbit edilib. Bütün bunlar müzəffər Ordumuzun Qarabağ bölgəsində anti-terror əməliyyatı keçirməsini zəruri edirdi və sentyabrın 19-da bu əməliyyat başlandı. Azərbaycanın Xarici İşlər Nazirliyi də Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.

Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.  Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ermənistanın bəhanələri antiterror tədbirlərinin başlanmasına səbəb oldu.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan ediblər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılıb və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırıb. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilib. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan sülh üçün güclü siyasi iradə nümayiş etdirir.

Təəssüf ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmaların həllindənsə, öz köhnəlmiş münaqişə hekayələrini təbliğ etmək üçün müxtəlif platformalardan istifadə edir. Və Azərbaycana qarşı dezinformasiya və böhtan kampaniyası aparır. 2020-ci ilin noyabrında üçtərəfli bəyannaməyə əməl etməkdən boyun qaçırır. Azərbaycan sülh gündəmini irəli aparmaq üçün güclü siyasi iradə nümayiş etdirir. Ermənistan isə Azərbaycanla münasibətlərin normallaşması prosesində ciddi problemlər yaradır. 30 ildir bu ölkəni xarakterizə edən model – danışıqların imitasiyası, geriyə addım vasitəsilə əvvəlki müqavilələrdən və götürülmüş öhdəliklərin icrasından yayınma, eləcə də müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqdır. Ermənistan bir məqsəd güdür: Azərbaycan ərazisində separatizmi bütün mümkün vasitələrlə dəstəkləmək. Ermənistan vaxt itirir və bütün istiqamətlərdə danışıqlarda irəliləyişə nail olmağa yönəlmiş real addımlardan qaçır. Bu ölkə iki il yarımdır ki, Laçın yolundan qeyri-qanuni daşınmalar üçün sui-istifadə edir. Hətta buraya humanitar məqsədlərlə göndərilmiş yüklərin qarşısını almağa çalışır. Bu azmış kimi, Beynəlxalq Ədalət Məhkəməsindən və digər qurumlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. Vəziyyəti süni şəkildə uzatmaq, gərginliyi artırmaq və nəticədə normallaşma prosesini pozmaqla Ermənistan həyasız siyasi kampaniya aparır.

Demək olar ki, 10 minlik erməni ordusu qeyri-qanuni olaraq Azərbaycan ərazisində qalmağa davam edir. Onlarda tank və digər zirehli texnika avadanlıq, iki yüzdən çox ağır artilleriya qurğusu, o cümlədən çoxsaylı raket sistemləri, onlarla müxtəlif növ elektron döyüş sistemləri, hazırda xidmətdə olan təxminən iki yüz minaatan var. Ermənistan beynəlxalq öhdəliklərini pozaraq bu dəstələrə texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisindəki birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Son günlər biz hərbi təxribatların daha da intensivləşdiyinin şahidi oluruq. Ermənistan yeni səngərlər qazır, istehkamlar tikir. Ermənistanın sülh prosesinə xələl gətirən hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. Onu sülhə məcbur etmək üçün əlavə səylər göstərilməlidir. Regionda sülh və sabitliyə nail olmağın yeganə yolu budur. Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmalıdır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını alınması bir daha ordumuzun gücündən xəbər verir.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu mühüm yer tutur. Bu gün ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Artıq Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. 19-20 sentyabrda dövlət sərhədində silahlı qüvələrimizin yüksək peşəkarlıqla Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını alması bir daha ordumuzun gücündən xəbər verir.

Qazanılan hərbi nailiyyətlərin əsasında ötən illər ərzində ordu quruculuğu sahəsində görülən işlər dayanır. Məlumdur ki, müstəqil Azərbaycanda peşəkar ordu quruculuğunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.  Bu gün isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur.Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi “Günnüt” əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Eləcə də, tariximizə “Tovuz döyüşləri” kimi daxil olan hadisə isə qələbəmizə aparan yolun başlanğıcı oldu. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, 30 illik erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında  misilsiz qəhrəmanlığı ilə qazanıldı. 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra da ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilməkdədir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılıb, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bu müddət ərzində erməni tərəfinin təxribatlarının qarşısı qətiyyətlə alınıb. 19-20 sentyabrda baş verənlər bunu bir daha təsdiqləyir. Ermənistan tərəfi unutmamalıdır ki, dəmir yumruq həmişə onların başının üzərindədir!

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Ermənistan hərbi birləşmələri ərazilərimizdən çıxarmalıdır.

Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.  Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

Azərbaycan mövcud problemlərin həll yolunu tapmaqda maraqlıdır və bunu öz vasitəçiliyini təklif edən bütün tərəflərlə səmimi fəaliyyəti ilə sübut edib. Lakin  bütün hallarda Ermənistan tərəfi müxtəlif bəhanələrlə əldə edilmiş razılıqları pozub. Bunun yeganə səbəbi isə vəziyyəti uzatmaq, gərginliyi artırmaq və sonda normallaşma prosesini pozmaq olub. Görünən odur ki, erməni tərəfi xoşluqla sülhə gəlməyəcək. Ona görə də, Qarabağ ərazisində anti-terror əməliyyatı zərurətə çevrildi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki,  Ermənistan hərbi birləşmələrini ərazilərimizdən çıxarmalı, revanşist planlardan əl çəkməli, suverenliyimizi  və ərazi bütövlüyümuzu pozmağı dayandırmalı, Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməlidir. Eləcə də, qanunsuz rejim buraxılmalıdır. Əgər ermənilər bunu xoşluqla etməyəcəksə, beynəlxalq hüququ və suverenliyimizi dövlətimiz öz gücünə təmin edəcək!

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın