23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Beynəlxalq riyakarlığın təzahürü

Beynəlxalq riyakarlığın təzahürü

Beynəlxalq riyakarlığın təzahürü

Bakı növbəti dəfə nüfuzlu beynəlxalq siyasi tədbirə ev sahibliyi etdi. Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Bəli, vətəndaşlarımız artıq sözün əsl mənasında alışıblar ki, təkcə paytaxtımızda yox, bölgələrimizdə də davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Bu, bir reallıqdır, Azərbaycan artıq dünyada nüfuzlu siyasi meydanlardan, platformalardan birinə çevrilib. Azərbaycan, sözün əsl mənasında, artıq dünyanın beynəlxalq siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi ünvanlarından biridir. Dünyanın siyasi xəritəsində qalib xalqın ölkəsi olan və müasir dünya üçün aktual hesab edilən humanitar mesajları beynəlxalq münasibətlər sisteminə ötürən artıq tamamilə yeni Azərbaycan var. Əlbəttə ki, bu, bizim hamımızın uğurudur və əlbəttə ki, bu cür nailiyyətlər qaragüruhla yox, məhz diplomatik peşəkarlığın və ardıcıl siyasətin sayəsində əldə olunur. İllər, əsrlər sonra Azərbaycanın ən parlaq tarixi səhifəsini və unudulmaz Qələbəmizi yada salanlar məhz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adını vurğulayacaqlar, qaragüruhçuların “şüvənliyi”ni yox.

Hər bir beynəlxalq platformanı ölkəmizin milli maraqların qorunması və inkişaf etməsi üçün legitim fürsətə çevirən Prezident cənab İlham Əliyev olduqca aktual və bəzi ölkələr üçün ağır “həzm” olunan mesajları növbəti dəfə dünyaya ötürdü. Sıravi vətəndaş kimi fəxr edirəm ki, dünya üçün həyati əhəmiyyət kəsb edən çağırışlarla çıxış edən dövlət başçısının rəhbərlik etdiyi bir ölkədə yaşayıram. Heç şübhəsiz ki, Prezident cənab İlham Əliyevin ötürdüyü açıq mesajlar onları ölkəmizin artan nüfuz və gücü ilə hesablaşmağa vadar edir. Çəkinmədən deyə bilərik ki, bu dəfə də tədbir çərçivəsində cənab Prezidentinin səsləndirdiyi növbəti fikir beynəlxalq münasibətlər sisteminin müasir əxlaq kodeksinin fəlsəfəsini müəyyən etmək iqtidarındadır: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil”. Cənab Prezidentin bəzi ölkələrin beynəlxalq siyasi “əxlaqsızlığına” işarə edərək öz fikrini növbəti sözlərlə inkişaf etdirdi: “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”. Əlbəttə ki, Prezident cənab İlham Əliyevin sözügedən sözlərinin ünvanı, ilk növbədə, Azərbaycanın qonşusu olan Ermənistandır. Ancaq “iki və ya daha çox stulda oturmaq istəyi” xəstəliyinə yoluxmuş ölkələrin sayı heç də az deyil. Müasir beynəlxalq münasibətlər sisteminin özəl xüsusiyyətlərini ifşa edən bu cür mesajlar qaçılmaz olaraq ölkələrarası münasibətlərdə yeni yanaşma və baxışlarının formalaşmasını labüd edir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Uğurlu əməkdaşlıq formatları

Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Tədbir başa çatsa da onun gələcək əməkdaşlığa açdığı yol bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Reallıq budur ki, SPECA Proqramına üzv ölkələr arasında əlaqələr yüksək səviyyədədir. Son zamanlar bu əməkdaşlıq qarşılıqlı səfərlərin davamlığı fonunda daha da möhkəmlənib və yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirib. SPECA Proqramının məqsəd və məramına diqqət yetirdikdə iqtisadi inkişafın əlaqələrin möhkəmləndirilməsində rolu daha aydın şəkildə özünü büruzə verir. Onu da qeyd edək ki, son iki ildə Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfəri olub. Digər qardaş dövlətlərin başçıları da Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər.  Prezident cənab İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri ilə görüşlərində də  bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Prezident cənab İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə səsləndirdiyi fikirlər münasibətlərimizin bu gününün aydın mənzərəsini təqdim etdi.  Belə ki, dövlət başçımızın “Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür” fikirlərinin davamı olaraq Özbəkistan Prezidenti qeyd etdi ki, xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər. Azərbaycanda özümü evimdəki kimi hiss edirəm.

Bu kimi səmimi fikirləri Qazaxıstan, Tacikistan, Qırğızıstan prezidentləri də qeyd etdilər. Zirvə görüşündəki çıxışlarda ümumi fikir bu oldu ki, əldə edilən nəticələr  çox sahələrdə olan əməkdaşlığımız üçün yaxşı zəmin yaradacaq və bu, şəffaflıq, səmimiyyət, qarşılıqlı etimad əsasında davam edəcək.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

 

Yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq

Azərbaycanın BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına- SPECA-ya sədrlik etdiyi hazırkı dövrdə üzv dövlətlərin ilk dəfə Zirvə görüşünün keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Cənab İlham Əliyevin dəvəti ilə  Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etdilər. Dövlət başçısı  cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Azərbaycan böyük investisiyalar məkanıdır. Ölkəmizdə yaradılan sabitlik Azərbaycana investisiya axınını sürətləndirir. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması bu gün özünü sosial-iqtisadi göstəricilərimizdə də nümayiş etdirir. Belə ki, iqtisadiyyatımıza 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Cənab Prezident Zirvə görüşündəki çıxışında SPECA-ya üzv dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan amillərdən bəhs edərkən siyasi sabitliyi xüsusi qeyd etdi. Cənab Prezident bildirmişdir ki, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Azərbaycanın iqtisadi inkişafı xarici siyasət uğurlarında da öz sözünü deyir. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələr dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələri ilə diqqətdədir. Azərbaycanın Avropa il Asiyanın qovuşağında yerləşməsi  nəqliyyat imkanlarının genişlənməsində  öz sözünü deyir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın