22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zəngilan mühüm nəqliyyat qovşağıdır

Zəngilan mühüm nəqliyyat qovşağıdır

Zəngilan mühüm nəqliyyat qovşağıdır

Bu gün bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.

Bu gün Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.

44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuzun həyata keçirtdiyi uğurlu  antiterror əməlliyyatları nəticəsində ölkəmizin suverenliyi bərpa olundu.

Zərdab rayon Qoruqbağı kənd sakini, təqaüdçü- Abbasov Fazil Məfi oğlu

 

 

Zəngəzur qəzasının işğalı

Qarabağ regionunun Zəngəzur qəzasının sərhədləri şərqdən və şimal-şərqdən Şuşa, Cəbrayıl qəzaları, şimaldan Cavanşir qəzası, Ərəş qəzası Nuxa, Göyçay, qərbdən və cənub-qərbdən Naxçıvan və Şərur–Dərələyəz qəzaları, İrəvan quberniyasıCənubi Azərbaycan Yelizavetpol qəzaları və Zaqatala, cənub və cənub-şərqdən Araz çayı hansı ki, Rusiya və İran dövləti arasındadır” kimi göstərilmişdir. 1873-cü ildə Yelizavetpol quberniyasında təsis olunmuş Qəza mərkəzi Gorus məntəqəsi idi.

Zəngəzur ərazi etibarilə Araz çayı boyu ilə Meğridən başlamış Əkərəyə qədər, şimala doğru isə Qapıcıq, Xustup dağlarına, Zəngəzur sıra dağlarından Bərguşad dağlarınadək ərazini əhatə edir . XIX əsrdə yeni inzibati ərazi bölgüsünə əsasən, indiki Qapan, Gorus, Meğri, Sisyan, Laçın, Qubadlı, Zəngilan rayonları Zəngəzur qəzası adı ilə Yelizavetpol quberniyasına daxil olmuşdur.

1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusilə Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı. Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının “təhlükəsizlinin təminatçısı” olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla Ermənistana verildi. Sonralar həmin yaylaqlar da əlaltından ermənilər tərəfindən özününküləşdirildi.

Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin Zəngəzur, Qarabağ, Ordubad, Şərur-Dərələyəz və Naxçıvan məsələsində tutduğu antiazərbaycan və antitürk mövqeni araşdırdıqda belə təsəvvür yaranır ki, görünür bolşeviklər ingilislərlə gizli danışıqlar əsasında bu barədə ümumi razılığa gəlmibmişlər. Bu layihənin həyata keçirilməsi ilə Türkiyə ilə Azərbaycan SSR və Orta Asiya arasında birbaşa əlaqə kəsilirdi. Bu isə həm ruslara, həm bütövlükdə qərb aləminə, həm də İrana çox sərf edirdi.

Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbin müəlliməsi- İsgəndərova Elnarə Bəyalı qızı

 

 

 Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılmış, onun tərkibində də Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılmışdır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilmişdir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

29 oktyabr 1993-cü ildə Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. İşğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir.

27 ildən sonra oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, Müzəffər lider cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonunu düşməndən azad etdi. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıdırlar. Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi. May ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

zərdab rayon Qoruqbağı kənd sakini- Xəlilov Anar Aqil oğlu

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın