Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik
Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik
İqtisadi münasibətlər siyasi münasibətlər üzərində qurulur və burada ölkə liderləri arasındakı dostluq münasibətləri çox önəmlidir. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 8,1 milyon idxal, 1,7 milyon ixrac olmaqla 10 milyon ABŞ dollarına yaxındır. Serbiya Azərbaycanın xarici ticarət tərəfdaşları içərisində 68-ci yerdədir. Əlbəttə bu göstəricilər özündə ölkələr arasındakı siyasi dostluğu tam mahiyyəti ilə ehtiva etmir. Mövcud rəqəmlər o qədər cəlbedici olmasa da, iki ölkə arasında iqtisadi münasibətlər üçün çox geniş imkanlar mövcuddur. Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova