22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir

İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir

İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Həmin gün 1280 MVt gücündə olan ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanı regionun aparıcı elektrik enerji ixracatçısına bir az daha yaxınlaşdıracaqdır. Enerji təhlükəsizliyinin təmin olunması Azərbaycan üçün hər zaman əsas prioritetlərdən biri olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də keçirilən təməlqoyma mərasimində qeyd etdiyi kimi son 20 ildə ölkədə ümumi generasiya gücü 3 400 meqavata bərabər olan 34 elektrik stansiyası tikilib. Nəticədə ölkənin ümumi generasiya gücü 7 200 meqavata çatdırılıb. Yeni stansiya faktiki olaraq gücümüzə güc qatmış olacaq.

İstilik Elektrik Stansiyasının stansiyanın tikintisi üzrə xarici tərəfdaş kimi İtaliya şirkəti “Ansaldo”nun seçilməsi iki ölkə arasınsda uzun illər mövcud olan strateji tərəfdaşlığın göstəricisidir. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Neftimizin böyük hissəsi məhz bu ölkəyə ixrac edilir. Trans-Adriatik Boru Kəməri fəaliyyətə başlayandan isə həm də təbii qazımız İtaliya bazarına çatdırılır. İki ölkənin etibarlılıq prinsipi əsasında qurduğu uzunillik iqtisadi tərəfdaşlığı digər sahələrə də siraət edib. Ötən ilin aprelində Bakıda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti bunun bariz nümunəsidir. Azərbaycan-İtaliya münasibətlərinin əhəmiyyəti mövcud geo-siyasi gərginlik fonunda keyfiyyətcə yeni səviyyəyə yüksəlib desək yanılmarıq. Ölkəmiz artıq təkcə İtaliya üçün deyil bütöv Avropa üçün vacib partnyora çevrilib. Bu gün avropa Azərbaycanı öz enerji təhlükəsizliyinin əsas həlqələrindən biri kimi qəbul edir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bunun təsdiqidir.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş  redaktor müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın