Qoşulmama Hərəkatına Sədrlik müddəti yekdil qərarla daha bir il uzadılmışdır
Qoşulmama Hərəkatına Sədrlik müddəti yekdil qərarla daha bir il uzadılmışdır.
Son illər Azərbaycanın nüfuzu dünyada birə-beş artıb. Belə ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla strateji əməkdaşlıq edirlər. Dünyanın 120 dövləti arasında səmərəli əməkdaşlıq əlaqələri Qoşulmama Hərəkatına Azərbaycan sədrlik edən dövrdə daha uğurlu olmuşdur. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı və Sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatına Azərbaycanın ev sahibliyi etməsi zamanı ölkəmizin Prezidenti Azərbaycanın sədrliyi dövründə həmişə beynəlxalq hüququ və ədaləti dəstəkləyəcəyini xüsusilə vurğuladı. O gündən keçən müddət ərzində ölkəmizə olan etimadın yerində olması özünü sübut etdi. Belə ki, hərəkatın sədri kimi Azərbaycan fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq edərək dünya birliyi tərəfindən alqışlanır. 2020-ci ilin mayında onlayn keçirilən sammitdə qəbul edilən qətnamələrin sayəsində həyata keçirilən kütləvi vaksinasiya ölkələri bu təhlükədən sovuşdurdu.
QH-nın uğurları çoxdur. Onun ən böyük uğurlarından biri də hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının təsis olunması oldu. Sonralar sülhə həsr olunan Bakı Konfransı, Şuşada üzv dövlətlərin gənclərini birləşdirən Gənclər Təşkilatının yaranması Azərbaycan sədrliyi dövrünün qələbəsi oldu. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının daimi katibliyi Bakıda yerləşəcək.
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşü də bütün dünyanın diqqətini cəlb etdi. Dünya mətbuatı hələ də bu barədə geniş məqalələr yazır.
İnanırıq ki, AZƏRBAYCAN həmişə gözəl, heyrətamiz addımları ilə dünyada özünə daha çox tərəfdaşlar toplayacaq!!!
Səliqə İsmayılova – Zərdab şəhər 1 nömrəli məktəb liseyin direktor müavini