22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Türk dünyasının hüdudları türk dövlətləri ilə məhdudlaşmır

Türk dünyasının hüdudları türk dövlətləri ilə məhdudlaşmır

Türk dünyasının hüdudları türk dövlətləri ilə məhdudlaşmır.

Cənab prezident İlham Əliyev türk dövlətlərinin zirvə toplantısında çıxışında bildirib: “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Dünyada elə bir məkan, elə dövr yoxdur ki, orada türk izi olmasın”.

Təbii ki, Cənab prezidentin bu çıxışı onun dərin tarixi bilgisindən xəbər verir. Zamanla türk xalqları əzən xalqdan əzilən xalqa çevrildi. Türk dünyasına adi olan torpaqlar düşmənlərinin əlinə keçdi. Türk dünyasında ərazilərinə ən çox qəsd edilən dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan torpaqlarının bölünməsi 1813-1828-ci ildən Gülüstan və Türkmənçay müqavilələri ilə başlamışdır. Daha sonra çar Rusiyasının və SSRİ dönəmində Azərbaycan torpaqlarına yeni qəsdlər olmuşdur. “Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”. Azərbaycan xalqının heç bir rəyini soruşmadan onu parçalamış və tarixi gedişatı dəyişmişlər.

Bu gün prezident cənab İlham Əliyevin çıxışı Azərbaycan xalqında bir ümid yaradacağı şübhəsizdir. İlham Əliyev çıxışında təkcə 10 milyonluq deyil, 50 milyonluq bir xalqın müdafiəçisi, prezidenti olduğunu təsdiq etmişdir. Dövləti olmayan türk xalqlarının da haqlarının qorunmasında maraqlı olduğunu bir mənalı olaraq vurğulamışdır. Azərbaycan torpaqlarına qəsdlərdən sonra 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dövləti iki əsrdən sonra itirilmiş ərazilərinin bir hissəsini qaytara bilmişdir. Bu böyük qələbə bütün sahələrdə Azərbaycan adının yüksəlməsinə səbəb olmuşdur.

 

Zərdab rayonu  Əlibəyli kənd tam orta məktəbinin  müəllimi- Məmmədov Eşqin

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın