Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir
Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir
İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb. Azərbaycan öz Silahlı Qüvvələrini ən qabaqcıl orduların səviyyəsinə çatdıracaq. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır.
Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi.
Hazırda ölkəmizdə hərbi sənaye sahəsi də sürətlə inkişaf edir. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyada keçirilən beynəlxalq sərgilərdə Azərbaycanın istehsal etdiyi hərbi məhsullar nümayiş olunur. Azərbaycan Respublikası daha güclü hərbi potensiala yiyələnmək üçün dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığı daha da genişləndirir.
Abbas Nağıyev- Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
“Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması əhəmiyyətli hadisədir
Azərbaycan 5-6 il ərzində qaz hasilatını 10 milyard kubmetr artırmağı planlaşdırır. Bununla yanaşı, onun artımı ilk növbədə “Şahdəniz” yatağında hasilatın artımı hesabına baş verəcək. O, həmçinin “Abşeron” yatağında gözlənilən hasilatın başlanacağı gözlənilir.
XXI əsrin əvvəllərində açılmış “Abşeron” yatağının ehtiyatları 350-360 milyard kubmetr qaz həcmində qiymətləndirilirdi.Günü-gündən bbu rəqəm daha da artır.”Abşeron”da qaz hasilatı texniki baxımdan kifayət qədər mürəkkəb məsələdir. Belə ki, yatağın işlənməsinin birinci mərhələsində bu proses “Şahdəniz”in ikinci mərhələsində olduğu kimi eyni sxem üzrə, yəni manifold vasitəsilə həyata keçiriləcək, çünki hasilat dərinliyi 500-600 metrə çatır ki, bu da “Şahdəniz”dən daha dərindir.Manifold adətən bir əsas üzərində quraşdırılmış, yüksək təzyiq üçün nəzərdə tutulmuş və müəyyən sxemə uyğun birləşdirilmiş bir neçə boru kəmərindən ibarət neft və qaz metal konstruksiyalarının elementi olan robotlaşdırılmış qurğularıdır. Manifold bir neçə quyudan hasil edilən karbohidrogenləri toplayır.
Manifold təbəqəyə yaxın quraşdırılır. “Abşeron”dakı platforma kiçik olacaq və hasil olunan xammalın sahilə çatdırılmasını təmin edəcək ,”Neft daşları” infrastrukturu ilə birləşdiriləcək”.
Bu günə qədər ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı ümidlərimiz böyük idi. İlkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir.“Abşeron”un birinci fazası artıq icra edilir və SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır.
Əlihüseyn Rəsullu- Zərdab rayon Hüseynxanlı kənd sakini, gənc fəal