21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır – Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır – Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Adil Vəliyevin rəhbərlik etdiyi rayonda qanunsuz tikintilər davam edir. Özü də bərbad vəziyyətdə olan, keçilməz küçələrdə.

DogruXeber.az” xatırladır ki, bir neçə gün əvvəl Sabunçu rayonunun Sabunçu qəsəbəsində aparılan qanunsuz tikintilər barəsində məlumatlar dərc etmişdik. Eyni zamanda həmin tikintilərin bəzilərinin görüntülərini də agentliyimizin tabeliyində fəaliyyət göstərən “Kanal14” YouTube kanalında yayımlamışdıq.

Bu qanunsuz işdə dövlət qurumları “yaxasını kənara çəkir” – Bəs günahkar kimdir ? // FOTO

Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər – FOTO

Bəzi məmurların yazılmamış qanunlarla idarəçiliyi – VİDEO

Bu dəfə isə sözügedən rayonun Zabrat-1 və Balaxanı qəsəbələrində aparılan qanunsuz tikintilərin görüntülərini təqdim edirik.

Gördüyünüz bu görüntülər Zabrat-1 qəsəbəsində qəbristanlığın yanında “yeni məhəllə” adlandırılan ərazidə lentə alınıb.

Adı üstündə, “yeni məhəllə “. Ümumiyyətlə bu ərazidəki yaşayış olan, olmayan bütün evlər yeni tikilib. Ərazidə yaşayan sakinlərin sözlərinə görə heç birinin evinin sənədi yoxdur, çünki ərazi neft şirkətinə məxsusdur. Elə yaxınlıqdaı neft quyularının olmasından da bu aydın görünür. Üstəlik də yeni yaşayış evlərinin başı üzərindən yüksək gərginlikli elektrik xətləri keçir, düz yaxınlıqlarinda isə hektarlarla ərazini əhatə edən böyük zibillik poliqonu.

Bir sözlə – orada yaşayan insanların həyatı türkiyəlilər demiş, “tam bir adrenalin”. Maraqlıdır, rayon rəhbərliyi və digər aidiyyatı qurumlar bu “adrenalin”i hansı səbəblə, yaxud nələr qarşılığında bu insanlara yaşadırlar.

Bir tərəfdən gələcəyi “havada olan” sənədsiz torpaq satır, sənədsiz evlər tikilməsinə göz yummaqla şərait yaradır, bir tərəfdən sağlamlıq üçün təhlükəli olan yüksək gərginlikli elektrik xətləri, digər tərəfdən antisanitariya…

Deyəsən hörmətli Adil Vəliyev ölkə başçısının “xalqa xidmət edin” tapşırığını yanlış anlayıb, ya da o, tapşırığı belə öz xeyrinə çevirməyin yolunu tapıb – “ödənişli xidmət” göstərir. Yoxsa onun idarəçiliyinə xələl gətirən bu qanunazidd hallara niyə göz yumsun ki?

Yeri gəlmişkən, baxmayaraq ki, Sabunçu Rayon İcra Hakimiyyəti sosial şəbəkədə məsuliyyəti üzərindən atmaq üçün bəzi cümlələr qurub şərh vermişdi, amma (onlarla öz aramızda olan) rəsmi sorğularımız hələ də cavabsız qalır. Demək ki, bu “cavab” sadəcə cəmiyyətin fikrini öz üzərindən yayındırmağa hesablanmış cümlələr idi.

Əgər İcra Hakimiyyətinin həqiqətən də şərhdə yazdıqları kimi qanunsuz tikintiləri dayandırmaq, yaxud sökdürmək kimi bir səlahiyyəti yoxdursa, o, zaman 2022-ci ilin may ayında şəhid Sübhan Abdurrəhmanlının anası Mehriban Abdurrahmanlıya məxsus sənədsiz evi necə sökdülər?
Hansı ki, şəhid anası gözünün yaşını tökə-tökə kameralar qarşısında, “Adil Vəliyev sökdü evimi, 3 min pul istədi, mənim də pulum yoxdur deyə sökdürdü” deyirdi. “Evinizin sənədi varmı” sualına isə, “burda heç kimin sənədi yoxdur ” cavabını vermişdi. O, zaman niyə digər evlərə heç bir müdaxilə edilmirdi?

Sizcə də bu hal “3 min rüşvət” mövzusunda ananın haqlı olduğuna işarə deyilmi?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın