Ceyhun Bayramov: “Ermənistan cəzasız qalmamalıdır”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.
“31 mart – Azərbaycanlıların Soyqırımı Günündə mart qırğınının qurbanlarını yad edir və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoymağın vacibliyini bir daha bildiririk. Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq”, – C.Bayramov bildirib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın