Zelenski: Rusiya orduya yeni axmaqları toplayır
Rusiya hərbi məktəblərin kursantları arasında Ukraynada döyüşmək istəyənləri axtarır.
Qafqazaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukrayna Silahlı Qüvvələri düşmənin ölkənin dərinliklərinə keçməyə çalışdığı ərazilərin əksəriyyətini nəzarətdə saxlayır. Ən çətin vəziyyət əvvəlki günlərdə olduğu kimi, Donbas və Xarkov istiqamətindədir. Amma biz davam edirik. Bizim müdafiəçilərimiz rus qoşunlarını dayandırmaq üçün hər şeyi edir.
İşğalçılar sayca və texnika baxımından üstündür. Rusiya liderlərinin bütün hərbi məktəblərin kursantları, döyüş təcrübəsi olan insanlar və çağırışçılar arasından yeni axmaqları toplamaq cəhdlərindən xəbərimiz var. Onların hamısını qırğına, növbəti hücuma göndərmək istəyirlər.
Amma bizim başqa seçimimiz yoxdur, torpağımızın, xalqımızın taleyi həll olunur. Biz nə üçün mübarizə apardığımızı bilirik və qələbə üçün hər şeyi edirik”, – deyə dövlət başçısı bildirib.