23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Humanitar missiya

Humanitar missiya

Humanitar missiya.

Pandemiya qlobal problem olduğu üçün, ona qarşı mübarizə də qlobal həmrəyliklə həyata keçirilməlidir. Azərbaycan həmişə qlobal həmrəyliyin təbliğatçısı və tərəfdarı kimi çıxış etmişdir. Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmiş, ötən ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası buna bariz nümunədir.

Azərbaycan bu gün də həmin siyasətə sadiq qalmışdır və pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdən biridir. Bütün dünyanı narahat edən bu problemin həlli məqsədilə ölkəmiz Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürdüyü qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Həmin qətnamənin qəbul olunması faktı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin artıq dünya miqyasında qəbul olunan siyasi liderə çevrildiyinin göstəricisidir.

Eyni zamanda, ğlkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə də səmərəli əməkdaşlığa malikdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq. Azərbaycan pandemiyaya qarşı mübarizə aparılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları miqdarında yardım etmişdir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbin direktoru.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın