25.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır

Regional və beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından Azərbaycan-NATO əlaqələri xüsusilə vurğulanmalıdır. Təşkilat ənənəvi təhdidlər, terrorizm və digər məsələlərə qarşı mübarizədə əməkdaşlığını genişləndirərək NATO üzvü olmayan ölkələrlə də hərbi-strateji münasibətlər qurub. Hazırda qarşılıqlı anlaş­maya əsaslanan bu əməkdaşlığı genişləndirir. Təbii ki, bu addımlar yeni müstəqil ölkələrin dərhal təşkilata üzv olacağı anlamı­na gəlmir. NATO-ya üzv olmaq çoxmərhələli və mürəkkəb bir prosesdir. Azərbaycan qlobal sistemə inteqrasiya prosesindədir. Beynəlxalq are­nada ciddi uğurları, regional və qlobal enerji layihələrində etibarlı tərəfdaşlığı, qalib dövlət imici dünya ölkələrinin Azərbaycana olan marağını artırmaqdadır. Hərbi-siyasi təşkilatlar arasında Şimali Atlanti­ka Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq dövlətimizin xarici siyasət strategiyasında mühüm yer tutur. Mövcud olduğu geosiyasi region və bu bölgədə yaratdığı yeni reallıq ölkəmizi bütün imkan­lardan istifadə edərək beynəlxalq əlaqələrini genişləndirməyə, müstəqilliyinə və ərazi bütövlüyünə təhdidlərə xüsusi diqqət yetirməyə vadar edir. Azərbaycan özünün milli maraqları əsasında NATO-ya paritet inteqrasiya strategiyası həyata keçirir ki, bu da milli, regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən olduqca mühüm əhəmiyyət kəsb edir. Bu həm milli maraqlarımızın təmin olunması, həm də regional, beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edilməsi nöqteyi-nəzərindən strateji önəm daşıyır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın